backend

Musa Pənahov: İctimai nəqliyyatda kart sisteminin tətbiqi gələn ilin 1 mart tarixinədək yekunlaşacaq

Musa Pənahov: İctimai nəqliyyatda kart sisteminin tətbiqi gələn ilin 1 mart tarixinədək yekunlaşacaq






















“Təcrübəli şirkətlərlə danışıqlar yekunlaşdırılır”.

İctimai nəqliyyatda vahid kart sisteminin tətbiqi ilə əlaqədar ilk müqavilədə bağladığımı şirkətlərlə problemlər yaşandı və onlar bu layihəni sona çatdırmadılar.

Hazırda bu sahədə daha böyük səriştəsi və təcrübəsi olan şirkətlərlə danışıqları yekunlaşdırılır.

qaynarxett.az APA-Economics-ə istinadən xəbər verir ki, bu haqda Azərbaycanın nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib.

M.Pənahov qeyd edib ki, ictimai nəqliyyatda elektron ödəniş sistemi tam tətbiq olunacaq.

“Biz bu layihəni 6 ay müddətində, təqribən gələn ilin 1 mart tarixinə qədər yekunlaşdırmağı nəzərdə tuturuq", - deyə nazir müavini bildirib.