backend

TƏCİLİ!!! Rusiyada erməni TƏXRİBATI - Hər an hazır olmaq lazımdır!

TƏCİLİ!!!  Rusiyada erməni TƏXRİBATI -  Hər an hazır olmaq lazımdır!

Ermənilər tarixən asılı olduqları dövlətlərə, fərd olaraq da asılı olduqları şəxsə inanılmaz yaltaqlığı və xidməti ilə seçilib. Lazım olanda da öz marağı naminə arxadan xəncər vurmaq da, bu millətin xarakterik xüsusiyyətidir. Messapotomoyadan, Roma imperiyasından, Osmanlıdan üzü bəri xəyanət edə-edə gəlirlər. Oktyabrın 1-dən dekabrın 1-dək Rusiyada Ermənistam mədəniyyət günləri keçiriləcək. Adətən belə tədbirlər praktikada uzağı 10 gün çəkib. İndi iki ay çəkəcək. Əvvəl mədəniyyət günlərini yalnız Moskva və Sankt Peterburq şəhərlərində keçirilməsi nəzərdə tutulurdu, son anda Ermənistanın təkidilə zaman iki ay uzadıldı və Rusiyanın bütün yerlərində keçirmək planlaşdırır. İlk baxışdan deyək ki, burda nə var, cəhənnəmə keçirsinlər. Məsələnin başqa tərəfləri də var.

Ermənistan noyabrda ATƏT-in növbəti sammitində “Şərq tərəfdaşlığı proqramının” genişləndirilmiş əməkdaşlıq layihəsini imzalayacaq. Rusiya da ötən dəfəki kimi etiraz etməyəcək, amma hər hansı bir qıcığın yaranmaması üçün iki ay Rusiyanın hər yerində erməni özünü Rusiyanın ən yaxın dostu kimi göstərəcək, o biri əlində də Avropa sənədlərini tutub Brüsseldə vacib strateji razılaşmaya qol çəkəcək.
Bizim Rusiyadakı səfirliyimiz, dağılmış diasporamız, Diaspora Komitəsinin səlahiyyətliləri, hətta xüsusi xidmət orqanlarımız bu iki aylıq prosesi yerində diqqətlə izləməlidir. Erməni Artsax bayrağı qaldırıb , bu tədbirlərdə mütləq provokasiya edəcək. Çıxışlarda Dağlıq Qarabağın erməni torpaqları olduğunu səsləndirəcək, rusiyalı dostlarını Xan kəndinə dəvət edəcəklər. Provakasiyalar çeşidli ola bilər. Bu təxribatların qarşısını almaq üçün önləyici tədbirlər görülməlidir. Diplomatiyamız beynəlxalq hüquq müstəvisində Rusiya dövlətini əvvəlcədən rəsmən xəbərdar etməlidir. Ümumiyyətlə, həmin günlərdə ölkəmiz təsirli tədbirlərlə, çox vacib deyil ki, bu tədbirlər Rusiya ərazisində olsun, diqqəti özünə çəkə bilər.