backend

“iPhone” istifadəçilərinə yeni xəbər

“iPhone” istifadəçilərinə yeni xəbər






















Əmin olmaq lazımdır ki, platformanın quraşdırılması üçün qurğuda ən azı 1 QB boş disk yeri var.

Bu gündən etibarən “Apple” şirkətinin mobil qurğularının istifadəçiləri üçün “iOS 8” əməliyyat sistemi əlçatandır.

qaynarxett.az İctnews.az-a istinadən xəbər verir ki, “iPhone 4S”, “iPad 2”, “iPad mini”, 5-ci nəsil “iPod Touch” və sonrakı modellərin sahibləri öz qurğularını yeniləyə bilərlər.

Sentyabrın 19-da “birinci dalğa” ölkələrində satışa çıxarılacaq “iPhone 6” və “iPhone 6 Plus” smartfonlarına öncədən “iOS 8” platforması quraşdırılacaq.

Yeni platformanı quraşdırmaq istəyən istifadəçilərə məlumatların saxlanılması haqda düşünmək pis olmaz. Bundan başqa, əmin olmaq lazımdır ki, platformanın quraşdırılması üçün qurğuda ən azı 1 QB boş disk yeri var.

Nəhayət, yeniləmək imkanı haqda qurğuya bildiriş gəldikdə, cihazı enerjiyə qoymaq və “Wi-Fi” şəbəkəsinə qoşmaq lazımdır.

Yeni platformada dizaynda köklü yenilik olmayacaq. Amma “Apple” şirkəti istifadəçilərin rahat mesajlaşması üçün “iOS 8” platformasında bir sıra dəyişikliklər edib. Məsələn, “QuickType” sürətli mətn yığımı və fotoşəkil, videomesaj və səs yazılarının “iMessages” vasitəsilə göndərilməsi.