backend

TƏCİLİ!!! Putindən Sarkisyana NATO QULAQBURMASI: Erməni bayrağı Azərbaycan BAYRAGI ilə əvəz edildi

TƏCİLİ!!! Putindən Sarkisyana NATO QULAQBURMASI: Erməni bayrağı Azərbaycan BAYRAGI ilə əvəz edildi

NATO təliminin loqotipində dəyişiklik

NATO-nun Gürcüstanda keçirilən təlimində iştirakdan imtina edən Ermənistanın bayrağı silindi. İstiPress-in məlumatına görə, "Agile Spirit 2017"nin loqosunda dəyişiklik edilib. Loqotipin üzərindəki erməni bayrağı silinib, o Azərbaycanın bayrağı ilə əvəz edilib.
Məlumata görə, təlimlərdə Ermənistanın iştirakı öncədən planlaşdırlmışdı, Azərbaycanın iştirakı isə yox.
Lakin ermənilər əvvəlcədən planlaşdırılan təlimlərdə iştirakdan imtina edib və açılış mərasiminə belə qatılmayıblar. Yerli ekspertlər hesab edirlər ki, Ermənistan rəhbərliyi Rusiya ilə münasibətlərin korlanacağından qorxduqları üçün bu addımı atıblar. Ölkənin Müdafiə Nazirliyi bu imtina ilə bağlı məsələni şərh etməkdən boyun qaçırıb.

qaynarxett.az