backend

Müharibə qapıda — Suriyada neft savaşı başlaya bilər

Müharibə qapıda — Suriyada neft savaşı başlaya bilər














Dünya indi də neft müharibəsi ilə üz-üzə qala bilər

"Ölkə.Az" xəbər verir ki, Suriya hökumət ordusu Deyr-əz-Zorda İŞİD mühasirəsini yarıb. Neftlə zəngin şəhərdə ABŞ, Rusiya, Əsəd və YPG terror qruplaşması üz-üzə gələ bilər.

Suriya ordusu ölkənin şərqində Deyr-əz-Zor şəhərinin ətrafındakı 3 illik İŞİD mühasirəsini yara bilib. İŞİD terror qruplaşması ən vacib mövqelərindən birini itirib. Şərqi Suriyada böyük güclər və onların dəstəklədiyi qruplar arasında hər an toqquşma baş verə bilər. 230 min sakini olan şəhər Rakkadan 140 km şərqdə yerləşir. İŞİD İraqda nəzarət altına aldığı bölgələrlə Rakka arasında əlaqə quran şosse yolu üzərindəki şəhərin böyük bir hissəsini 2014-cü ildə işğal edib Əsəd ordusunun qarnizonunu mühasirəyə almışdı.

Bəşər Əsəd rejimi isə mart ayından Rusiyanın dəstəyi ilə Palmira istiqamətindən şərqə doğru irəliləməyə başlamışdı. Dünən isə İŞİD mühasirəsi yarılaraq şəhərə qərbdən girən ordu qarnizona çata bilib.

Başqa bir iddiaya görə isə 13-15 sentyabr tarixlərinə planlaşdırılan Astana görüşlərindən həmən sonra Türkiyə İdlibə müdaxilə edəcək.

Rusiyanın isə Aralıq dənizindən atdığı raketlər İŞİD mövqelərini dağıdıb. Rusiya müdafiə nazirliyinin açıqlamasına əsasən raketlər "Admiral Essen" gəmisindən göndərilib.

Suriyanın neft ehtiyatlarının önəmli bir hissəsinə sahib Deyr-əz-Zor şəhərinin Əsəd qüvvələrinin nəzarəti altına keçməsinin ABŞ-ın dəstəklədiyi YPG terror qruplaşmasını hərəkətə keçirib. İddiaya əsasən ABŞ YPG-nin bəzi qruplarını Deyr-əz-Zor ətrafındakı neft quyularına doğru hərəkətə keçirib.

Bu isə regionda vəziyyəti daha da qəlizləşdirib.