Deputatın karyera arzuları - İDDİA

Siyasət 6-09-2017, 12:42
Deputatın karyera arzuları - İDDİA
















Vətəninfo.az-a daxil olan məlumata görə,ölkə prezidentinin sərəncamı ilə Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev vəzifəsindən uzaqlaşdırıldıqdan sonra, onun boş qalan kürsüsü uğrunda mübarizə qızışıb.
Daxil olan məlumata görə,bu mübarizəyə Milli Məclisin deputatı Rafael Cəbrayılov da qoşulub.
Məlumata görə Rafael Cəbrayılov qarşıdakı parlament seçkilərində yenidən seçilməyəcəyini bildiyi üçün,indidən vəzifə arzusunu reallaşdırmaq istəyir.
Bundan başqa millət vəkilinin qadın iş adamına olan küllü miqdarda borcu ilə bağlı qalmaqal da onun yenidən mandat alması yolunda böyük əngələ səbəb olub. İş adamı xanıma borclu olan və bu məsəlınin içtimailəşməsi ilə ciddi siyasi büdrəməyə məruz qalmış millət vəkili Rafael Cəbrayılovun niyə və hansı səbəbdən icra başçısı olmaq üçün mübarizəyə qoşulduğu anlaşılan deyil.
Çün ki,millət vəkili ilə bağlı əgər doğurdan da bir təqdimat olacaqsa,o zaman onunla bağlı hazırlanacaq dosiedə haqqında bu günə kimi yazılan mənfi informasiyalar da yer alacaq.
Düzdü millət vəkili bir hüquqşünas kimi sahəsini yüksək şəkildə bilən biridi və parlamentdə də təmsil olunduğu komitələrdə hazırlanan qanun layihələri ilə bağlı müsbət xidmətləri var.
Amma onun iş adamı xanımla olan çəkişməsi,eyni zamanda da hələ millət vəkili olmadan öncə hazırda vəzifədə olan yüksək səlahiyyət sahibi şəxslərlə aralarında olan qarşıdurmalar hansəsa vəzifə tutması üçün böyük əngəl yaradan amilə çevrilməyəcəyinə kimsə qarantiya verə bilməz.
Ona görə də Rafael Cəbrayılovun Yasamal rayon İH-nin başçısı olma ehtimalları da bir qədər inandırıcı görünmür.
Oxunub: 418
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 


ILK-10