backend

"Bizə deyilmişdi ki, Hacıbala müəllim özü də konsertə gələcək və onun mahnıdan xəbəri var" - Müğənnilər danışdı

"Bizə deyilmişdi ki, Hacıbala müəllim özü də konsertə gələcək və onun mahnıdan xəbəri var" - Müğənnilər danışdı














Xəbər verdiyimiz kimi, "Parni iz Baku"nun konsertində Bakı meri Hacıbala Abutalıbov kəskin tənqid edilib.

AZXEBER.COM məsələnin aktuallığını nəzərə alaraq, satirik mahnını ifa edən sənətçilərlə əlaqə saxlayıb.

Nadir Qafarzadə açıqlamasında bu hərəkətin sadəcə yumor olduğunu deyib. "Bu yumordu. "Planet parni iz Baku"nun tamaşaları üçün çəkilmiş bir videodur. Bunu siyasətə bağlamaq olmaz. Yumor insanlar tərəfindən normal qəbul olunmalıdır. Mahnıda nə söyüş, nə də siyasətlə bağlı heç nə yoxdur. Xahiş edirəm siyasəti mədəniyyətə qarışdırmayıb.

Müğənni bu ifaya görə "qara siyahı"ya düşə bilərsinizmi? sualına isə belə cavab verib:""Zapret"ə qoymaq istəyirlər qoysunlar. Dünyanın axırı deyil ki"

Elçin Cəfərov də portalımıza açıqlamasında siyasətdən uzaq olduğunu bildirib. "Bakı merinin siyasətinə qarşı çıxış edə bilmərəm. Mən siyasətdən uzaq insanam. Hər zaman siyasətdən yan qaçmışam. Düzdür o layihədə iştirak etmişəm amma siyasi söhbətlərdə adımın hallanmasın istəmirəm. Bu KVN layihəsi idi, biz də müəyyən vaxtlarda gəlib mahnını ifa etmişik. Yəni məqsədyönlü bir şey yoxdur, bu bir yumordur."

Əməkdar artist Tünzalə Ağayeva bu layihəni çoxdan lentə alındığın bildirdi. "Bu layihə 3 il əvvəl lentə alınıb. Sadəcə indi mətbuatda yer alıb. Bizə deyilmişdi ki, mahnı həmin an salonda səslənəndə Hacıbala Abutalıbov da orada olacaq və onun bu layihədən xəbəri var."

Müğənni Elnarə Xəlilova isə onları bir kəlmə ilə ifadə edib. "Bu sadəcə bir yumordur"

Teleaparıcı Murad Arif isə bu haqda daha geniş danışıb: "Bu nömrə, 2 il öncə "Planeta Parni iz Baku" teatrının 1 səhnəciyi üçün çəkilmiş rolik idi... Mətn və ideyası, başda Tahir İmanov olmaqla, "Planeta'nın uşaqlarına məxsusdur. Bu klip 2 il öncə Heydər Əliyev Sarayında, konsertin özündə də yayımlandı. 3 saatlıq tamaşada, adəti üzrə bir çox adamlar tənqid olundu, çox vacib məqamlara toxunuldu. Yəni, həmişəki KVN. Təklif ediləndə də bizə deyilmişdi ki, mer özü sarayda olacaq və onun (zatən) bu tip zarafatlara münasibəti normaldır, mahnıdan sonra təbrik ediləcək və sair. Bu gün, bir tək bu nömrə ümumi tamaşadan (kontekstdən) çıxarılıb, paylaşıldı. Adı da qoyulub ki, "Ulduzlar tənqid etdi." KVN -in gözəlliyi məncə satiradır, tənqiddir. Şəxsən buna normal yanaşıram. Tamaşa da gözəl idi. Amma, müəyyən fraqmentləri çıxarıb, qərəzli dadında təqdim etmək bir az təəsüf, bir az da təəcüb doğurur".