backend

Türkiyədə yeni ERMƏNİ SEVGİSİ - Mən səni sevəcəm, sən SEVMƏSƏN DƏ... - ŞOK VİDEO

Türkiyədə yeni ERMƏNİ SEVGİSİ - Mən səni sevəcəm, sən SEVMƏSƏN DƏ... - ŞOK VİDEO

Türkiyədə 1915-ci il qondarma erməni soyqırımından bəhs edən film çəkilib. İstiPress Ermənistan mətbuatına istinadən xəbər verir ki, film ermənilərin soyqrımı vaxtı bəhs edən sevgidən söhbət açır. Ekran işinin 8 sentyabrda təqdimatı olacaq. Filmin ssenari müəllifi bu işlə "hisslərə xitab" etdiklərini bildirir.


Film Iskui adlı bir erməni qızın türk vətəndaşı Mertlə aralarında olan sevgisindən bəhs edir. Iskui təhsil almaq üçün İstanbula gəlir. Erməni qızı universitetdə Mert adlı bir gənc türk oğlanla eşq macərası yaşayır. Lakin bu eşq Iskuinin ailəsi tərəfindən qəbul olunmur. Qızın ailəsi tərəfindən bu eşqin dünyada yeri olmadığı bəyan edilir. Iskui ilə Mert bütün bunlara baxmayaraq sevgiləri uğrunda mübarizə aparır.

"Hadisələr gündəlik həyatda baş verənlərdən bəhs edir. Hər zaman qarşılaşacağımız bir hekayədir, ancaq türk və erməni vətəndaşlarının yaşadığı problemləri daha qabarıq şəkildə ortaya qoymuşuq. Siyasətçilər, sosioloqlar, tarixçilər indiyədək Türkiyə-Ermənistan münasibətləri haqqında çox danışıb. Həqiqətən bizim ermənilərə belə bir problemimiz olubmu? Bunun bir həlli varmı? Bu filmdə daha çox bu sualların cavabını tapmağa çalışmışıq" - deyə filmin ssenari müəllifi danışıb.

Prodüsseri Haşim Akkaya olan filmdə baş rollarda Anıl Aldan, Iskui Baldzhian və Ali Buxara Mete yer alıb.