backend

"Xaliq Faiqoğlu" sərnişinləri ölümlə üz-üzə — Avtobuslar işıqfora məhəl qoymur

"Xaliq Faiqoğlu" sərnişinləri ölümlə üz-üzə — Avtobuslar işıqfora məhəl qoymur















Bakıda avtobus özbaşınalıqları davam edir.

"Ölkə.Az" saytına göndərilən və dünən qeydə alınan videoda "Xaliq Faiqoğlu" şirkətinə məxsus avtobus sürücüsü sərnişinlərin həyatını təhlükəyə ataraq qırmızı işıqda prospekti keçib.

10-TH-322 dövlət qeydiyyat nişanlı sərnişinlərlə dolu marşrut avtobusu Əbdürrəhimbəy Haqverdiyev küçəsi ilə Mətbuat prospektinin kəsişməsində olan işıqforda qırmızı işığın yanmasına baxmayaraq hərəkətini davam etdirib.

Qeyd edək ki, "Xaliq Faiqoğlu" şirkətinin avtobusları yol hərəkəti qaydalarını bir çox hallarda kobud şəkildə pozaraq sərnişinlərin həyatını təhlükəyə atırlar. Maraqlısı budur ki, şirkətin sürücülərinə həm DYP əməkdaşları, həm şirkətin nəzarətçiləri, həm də Bakı Nəqliyyat Agentliyi tərəfindən göz yumulur.

İşıqfordan qırmızı işıqda keçən sərnişin avtobusunun video görüntülərini təqdim edirik: