backend

Mübariz Qurbanlı: Bizdə İŞİD-ə qoşulmaq istəyənlərin statistikası var

Mübariz Qurbanlı: Bizdə İŞİD-ə qoşulmaq istəyənlərin statistikası var






















"Saf ürəklə inanıb gedirsə, o bilsin ki, bu, din məsələsi deyil".



Bizdə İŞİD-ə qoşulmaq istəyənlərin statistikası var, amma bu, mətbuata açıqlamaq üçün deyil..."

qaynarxett.az-un məlumatına görə, dini qurumlarla iş üzrə dövlət komitəsinin sədri Mübariz Qurbanlı "Azadlıq" radiosuna müsahibəsində belə deyib.

O, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İŞİD-ə qoşulmaq istəyən bir çox Azərbaycan vətəndaşıı bu fikirlərindən daşındırdığını qeyd edib.

Komitə sədri Azərbaycandan İŞİD-ə qoşulanlar haqda xüsusi araşdırma apardıqlarını söyləyib: "Bizim xüsusi xidmət orqanları bununla ciddi məşğul olurlar. Eyni zamanda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yerli şöbələri bununla məşğuldur. Həmin şöbələr hüquq-mühafizə orqanı deyil təbii ki. Biz hansısa gəncin bir qrupa qoşulub getməsi və s. haqda məlumat aldıqda profilaktik söhbətə üstünlük veririk. İzah edirik ki, Suriyada baş verənlər din söhbəti deyil, İŞİD din altında pərdələnmiş terrorçu qrupdur. Onun arxasında Qərbdəki bəzi mərkəzlər, geopolitik maraqlar, neft mafiyası, bəzən də dövlətlərin maraqları dayanır, İŞİD İslama zərbədir... Azərbaycandan İŞİD-ə gedən də bilməzlikdən gedir, müəyyən qrupların toruna düşüb və ya macəra axtarır. Saf ürəklə inanıb gedirsə, o bilsin ki, bu, din məsələsi deyil."