backend

Kimsəsiz uşaqlara niyə böyük ölçüdə formalar verilib?

Kimsəsiz uşaqlara niyə böyük ölçüdə formalar verilib?






















“Qızın əynində oğlan köynəyidir, şalvar yerinə isə yubkadır”.

Qaradağ rayonu İcra Hakimiyyəti tərəfindən 274 saylı orta məktəbdə təhsil alan kimsəsiz və aztəminatlı ailələrin birinci sinfə gedən övladlarına böyük ölçüdə məktəbli formalarının verilməsi ilə bağlı məlumat yayılıb.

qaynarxett.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkədə foto paylaşılıb.

Fotoda qeyd olunur ki, 1-ci sinfə gedən şagirdlərə ölçüsü 52 olan məktəbli forması verilib.

Məsələ ilə bağlı “Qaradağ rayon İcra Hakimiyyətindən bildiriblər ki, burada anlaşılmazlıq olub:

“Valideynlər bizə bu barədə müraciət etməyiblər. Hər il İcra Hakimiyyəti tərəfindən aztəminatlı və kimsəsiz ailələrin uşaqları üçün məktəbli formaları verilir. Belə bir hal ilk dəfədir ki, yaşanır. Formalar səhv gedə də bilər. Biz məktəb direktoru ilə də əlaqə saxladıq. Bildirdik ki, valideynlərə çatdırsın ki, kimdə belə bir problem varsa, həmin formanı gətirib İcra Hakimiyyətinə təhvil versin. Əvəzində onların övladlarına uyğun ölçüdə forma veriləcək. Bundan əlavə, paylaşılan foto təxribat xarakteri daşıya bilər. Çünki formalar bütün yaş qrupları üzrə verilib. Biz qızlara boğazı yumru olan köynək vermişik. Şəkildə isə qızın əynində oğlan köynəyidir. Şalvar yerinə isə yubkadır. Ola bilər ki, ölçülər fərqli olsun. Amma bir paketdə geyimin birinin yubka, birinin isə oğlan köynəyi olması mümkünsüzdür”.