backend

Erməni faşistlərin GƏNCƏLİ nökəri - BU ŞƏRƏFSİZİ SİZ DƏ TANIYIN!

Erməni faşistlərin GƏNCƏLİ nökəri - BU ŞƏRƏFSİZİ SİZ DƏ TANIYIN!

Qucağımızda böyümüş ilanın satqınlığı

Rusiya mətbuatında erməni təbliğatçı - hansısa Stanislav Tarasov yenə də Azərbaycan əleyhinə materialla çıxış edib və ABŞ-dakı erməni lobbisinin qəzet materiallarını əsas götürüb.

Deyirlər ki, bu Tarasov bizim Azərbaycanda - Gəncədə böyüyüb və Bakıda oxuyub. Necə deyərlər, qucağımızda ilan böyütmüşük. İndi Tarasov bütün vəchlə çalışır ki, Azərbaycan əleyhinə daha çox material dərc etdirsin.

Bu, təsadüfi deyil. İki ay qabaq o, Ermənistan tərəfindən sərt tənqid edilmişdi. KİV səhifələrində çıxış edən ermənilər birbaşa deyirdilər ki, Ermənistanın Tarasov kimi psevdo-patriotları bu ölkəyə lazım deyil. Buna görə də indi yalan yolu ilə sübut etmək istəyir ki, o, Ermənistanın psevdo deyil, həqiqi patriotudur.

Eyni zamanda, rəsmi İrəvanın tapşırığı ilə Tarasov Türkiyəni də gözdən salmağa çalışır. Yalandan yazır ki, Avropa artıq Ərdoğana ultimatum verib.

Mən Tarasova qələm həmkarı Aram Qabrielyanovun taleyini xatırlatmaq istəyirəm. O, Rusiya media holdinqi “Life News”un təsisiçisi və rəhbərlərindən biri idi. O, kollektivin qarşısında Azərbaycanı hərtərəfli gözdən salmaq barədə tapşırıq verərək, ermənipərəst siyasətlə məşğul olmağa başlayan kimi axırı pis qutardı. Moskva onun holdinqini bağlamağı qərara aldı.

Deyirlər ki, indi Qabirelyanov futbolla məşğuldur. Amma cənab Tarasov, bunu siz edə bilməyəcəksiz. Yaşınız və ciyərləriniz mane olur. Buna görə yalanla deyil, əsl jurnalistika ilə məşğul olun. Bu sizi xilas edə bilər. Yalanın axırı həmişə pis olur.

Mais Məmmədov, əməkdar jurnalist