backend

Azərbaycan MDB-də maaşların ölçüsünə görə 4-cü yeri tutur

Azərbaycan MDB-də maaşların ölçüsünə görə 4-cü yeri tutur


























Dövlətlərarası Statistika Komitəsi məlumat yayıb.

Azərbaycan orta maaşın ölçüsünə görə MDB ölkələri arasında 4-cü yeri tutub.

qaynarxett.az APA-ya istinadən xəbər verir ki, MDB Dövlətlərarası Statistika Komitəsinin məlumatına görə, orta aylıq maaşın 568 dollar təşkil etdiyi Azərbaycan yalnız Rusiya, Qazaxıstan və Belarusdan geri qalır.

Bildirilir ki, Rusiyada orta aylıq məvacib 896 dollar, Qazaxıstanda 686 dollar, Belarusda 590 dollar təşkil edir.

Siyahıda 5-ci yerdə orta aylıq məvacibin 408 dollar təşkil etdiyi Ermənistan qərarlaşıb.