backend

Zakir Fərəcovun şantajı və boğulan həqiqətlər

Zakir Fərəcovun şantajı və boğulan həqiqətlər












Sumqayıtlilar Müqayis Verdiyevin qanunsuz həbsinə etiraz edirlər

Sumqayıt icra başçısı Zakir Fərəcov tərəfindən qanunsuz olaraq həbs edilən “Azər-İnşaat-2009” MMC-nin direktoru Müqayis Verdiyevin Realliq.info – da dərc olunan müraciətindən sonra redaksiyamıza yazan və zəng edənlərin sayı artıb.

Vətəndaşlar iş adamının həbsi ilə bağlı fikirlərini bölüşərək baş verənləri qanunsuzluq və bir məmurun özbaşınalığı adlandırırlar. Xatırladıq ki, Müqayis Verdiyev bir il əvvəl, 2016-cı ilin oktyabrın 7-də Sabunçu rayon ərazisində yerləşən evindən Sumqayıt polis idarəsinin əməkdaşları tərəfindən həbs olunub. Həmin vaxt mətbuatda gedən məlumatlarda göstərilirdi ki, iş adamının həbsi icra başçısnın xüsusi göstərişi ilə həyata keçirilib. Çünki Sumqayıt şəhəri ərazisində inşa edilən Dənizkənarı Bulvar və Sumqayıt şəhərinin girişində həyata keçirilən abadlıq işləri məhz Müqayis Verdiyevin vəsaiti və onun cəlb etdiyi iş adamlarının vəsaiti ilə, həmçinin onların topladığı işçi qüvvəsi tərəfindən həyata keçirilib.

Zakir Fərəcovun şantajı və boğulan həqiqətlər

Sumqayıtlıların Realliq.info – ya müraciətlərində qeyd olunur ki, iş adamı Müqayis Verdiyev şəhər üçün çox işlər görüb və onun həbsi sifarişdir. Müraciət sahibləri iş adamının əziyyətini və 9 ay müddətində Sumqayıt Dənizkənarı Bulvarının tikintisini yüksək səviyyədə başa çatdırmasını unutmadıqlarını və onun haqqının bu cür ədalətsizcəsinə verilməsinə təəssüf etdiklərini qeyd edirlər: “Azərbaycan Demokratik ölkədir. Ölkəmizin lideri, xalqın sevdiyi və seçdiyi Prezidenti var. Bu gün ölkəmizin inkşafı üçün görülən işlər hər birimizi sevindirir. Lakin Sumqayıtın bu inkşafdan təcrid edilməsinə göstərilən səylər və icra başçısı Zakir Fərəcovun qanunsuz əməlləri Ölkə başçısının siyasətinin tam əksi olan əməllərdir. Sumqayıtlıların bir məmur tərəfindən haqsızlıqla üzləşməsi və şəhər üçün iş görən insanların həbs edilməsi hamımızı narahat edir. İnsanları istədiyi qayda ilə cəzalandırmağa çalışan və hazırda bunu bacaran Zakir Fərəcovun artıq qanun qarşısında cavab verməsi vacibdir”.

Redaksiyamıza daxil olan digər müraciətdə vətəndaşlar iş adamlarının haqqını tapdalayan icra başçısının cinayət tərkibli əməllərinin cəzasız qalmasından narahat olduqlarını ifadə edirlər: “Zakir Fərəcov Sunmqayıta icra başçısı təyin olunandan sonra baş verənlər hamını dəhşətə gətirib. Bu şəxs Sumqayıt üçün iş görən insanları şəxsi maraqlarına görə cəzalandırır. Şəhər polis rəisi isə icra başçısının qoçusu rolunda çıxış edir. Kimi istəyirlər tuturlar, susması üçün işgəncələr verirlər. Əgər bundan sonra da onların istəklərinə tabe olmasan o zaman Zakir Fərəcovun sifarişini icra edən Sumqayıt məhkəməsinin qanunsuz hökmü ilə həbs olunurlar. Necə ki, Müqayis Verdiyev həbs olunub. Bunlara son verilmədikcə Sumqayıtda narazılıqlar artır. Ölkə başçısının insanlarımız və ölkəmiz üçün gördüyü işlərə kölgə salmağa çalışan bir məmurun qanunsuz əməllərinə son verilməsi vacibdir”.

Zakir Fərəcovun şantajı və boğulan həqiqətlər

Onlarla belə müraciətlərdə Zakir Fərəcovun və onun ətrafının özbaşınalığından bəhs edilir. Bir çox insanlar hazırda həbsdə olan iş adamı Müqayis Verdiyevin Sumqayıt üçün gördüyü işlərdən bəhs edərək onun qanunsuz həbsini pisləyir və tezliklə azad olunmasını arzuladıqlarını yazırlar: “Biz, Müqayis Verdiyevin gördüyü işləri yaxşı bilirik. Və onun həbsinin qanunsuz olduğuna şübhəmiz yoxdur. Müqayis Verdiyevin gördüyü işləri gözümüzlə görmüşük və bəzilərimiz iştirakçısı olmuşuq. Lakin işlər bitəndən sonra Və Cənab Prezidentin görülən işlərə yüksək qiymət verməsindən sonra Zakir Fərəcov iş adamını həbs etdirdi. İcra başçısının bu əməlini Sumqayıyda hamı lənətləyir. Bu məmur öz saxtakar əməllərini gizlətmək və qohumları ilə mənimsədiyi milyonların ifşa olunmaması üçün ən çirkin yola əl atıb. Zakir Fərəcov indi də Sumqayıtı qarış-qarış satmaqla məşğuldir. Sumqayıt Bulvarının açılışından sonra oranı da bina tikintisi üçün satıb və bulvarın ərazisində binalar tikdirir. Sumqayıtı rəzil günə qoyan icra başçısının saxtakar və qanunsuz əməlləri ilə bağlı hər gün yüzlərlə şikayət yuxarı instansiyalara göndərilir. Lakin bu məmurun cəzalandırılmaması narazılıqlara səbəb olmaqdadır. Biz Cənab Prezidentə üz tutub xahiş edirik. Sumqayıt bu “Akulanın” özbaşınalığından xilas edin”.
Onlarla müraciətə imza atan insanların hər biri Zakir Fərəcovun və onun ətrafının qanunsuz əməllərindən bəhs edirlər. Onlar qanunsuz həbs edilən iş adamı Müqayis Verdiyevin azad edilməsi üçün Prezidentə və Baş prokurora müraciət etdiklərini qeyd edirlər.

Zakir Fərəcovun şantajı və boğulan həqiqətlər

Bir məmurun insanların həyatını zindana çevirməsinin arxasında dayanan maraqlar milyonlarla dövlət vəsaitinin mənimsəməsidir. Zakir Fərəcov mənimsədiyi pulları Prezidentin Mühafizə Xidmətinin rəisi Bəylər Eyyubova verdiyini daim dilə gətirməklə qanunsuz tapşırıqlarını da Generalın adı ilə bağlayır. Fərəcovun ətrafının hər tikilən obyektə Bəylər Əyyubovun adını vermələri adi hala çevrilib. Sumqayıtlılar hər görülən qanunsuz işdə və narazılıqlarda bu ada rast gəlirlər. Zakir Fərəcov və qohumlarının doğru və ya yalan dediklərini növbəti yazıda təhlil edəcəyik.

Maraqlı faktlardan biri də Sumqayıt icra hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müdiri Fəzail Hüseynovun şəhərdə həyata keçirdiyi qanunsuzluqlarla bağlıdır. Fəzail Hüseynovu icra başçısının əsas adamı və ya pul yığanı kimi tanıyırlar. Harda qanunsuz tikinti varsa onun başında Fəzail Hüseynov dayanır. İnsanların hüquqlarının pozulduğu anlarda da bu şəxsin hədə-qorxularına rast gəlmək adi hala çevrilib. Fəzail Hüseynovun, “Mənim prezidentim Zakir Fərəcovdur” – deməsi də sumqayıtlılara yad deyil. Bu məmurun insanları aldadaraq işlətməsi və daha sonra onların pulunu mənimsəməsi ilə bağlı olunan şikayətlər icra başçısı tərəfindən baxılmır. Zakir Fərəcovun “pul yığanı” hər bir halda həbs olunmağa layiq olsada onun cinayət tərkibli əməlləri ört-basdır edilir.

Zakir Fərəcovun şantajı və boğulan həqiqətlər

Zakir Fərəcov dost dediyi və sonra aldadaraq pulunu mənimsədiyi iş adamı Müqayis Verdiyevin 11 aydır ki, heç bir əsas olmadan həbsdə qalması acı da olsa həqiqətdir. Xəyanətkar icra başçısının dostlarına və iş adamlarına bu cür rəftarı ona nifrətləri artırıb. Prezidentin tapşırıq və tövsiyyələrinə məhəl qoymayan icra başçısının arxasında dayananlar da Dövlətə və onun başçısına xəyanət etməkdədirlər. Kimdir bu Zakir Fərəcov? Onu qoruyanlar kimlərə və hansı qüvvələrə xidmət edir? Qohumlarının cinayətlərinə görə cəzalandırılmamasının səbəbi nədir? Adil adlı şəxsin həbsə salınması və sonradan mükafatlandırılmasının arxasında hansı maraqlar dayanır? Sumqayıtda hamıya aydın olan bu münasibət kimlərə ziyan gətirib? Zakir Fərəcovun şəxsi maraqlarının qurbanı olan qadınlar necə susmağa məhkum edilir?
Bu və digər suallara növbəti yazıda aydınlıq gətirəcəyik. Bizi izləyin.