backend

SON DƏQİQƏ!!! Azərbaycan tam məhv olmalıdır - Ermənistan Rusiyadan yardım istədi

SON DƏQİQƏ!!!  Azərbaycan tam məhv olmalıdır - Ermənistan Rusiyadan yardım istədi

“Biz İranın dəstəyi ilə Azərbaycanı kiçik dövlətlərə bölməliyik”

Erməni politoloq, professor Levon Şirinyan Azərbaycanın tam məhvinə çağırıb və bu məsələdə Rusiyanın dəstəyini tələb edib.

İstiPress-in məlumatına görə, erməni professor “1in.am”a müsahibəsində deyib: “Əgər biz yaşamaq istəyiriksə, Azərbaycan ölməlidir. Bu o qədər aydın məsələdir ki, Rusiya bizim hüququmuzu tanımalı və çoxəsrlik dostluqdan (Ermənistanla Azərbaycan arasında - red.) danışmağı dayandırmalıdır”, - deyə Levon Şirinyan bildirib.
SON DƏQİQƏ!!!  Azərbaycan tam məhv olmalıdır - Ermənistan Rusiyadan yardım istədi

Erməni professor iddia edib ki, Azərbaycan bir dövlət kimi İranın və Ermənistanın əleyhinə yaradıldığını iddia edib, Ermənistanın açıq və ya gizli şəkildə Azərbaycanı sıradan çıxarmaq işinə rəhbərlik etməsini tələb edib. Açıq faşist şüarları səsləndirən erməni professor Azərbaycanı parçalayaraq yerində kiçik dövlətlər yaratmağa çağırıb.

Levon Şirinyanın professor tituluna baxmayaraq, o, sıradan ermənilər kimi düşünür, Ermənistandan keçirilən bir sosial sorğuda rəyi soruşulan bütün ordular Azərbaycanı raket atəşləri ilə, böyük ehtimalla nüvə başlıqlı raketlərlə məhv etməyi məqbul sayırlar. Sadə ermənilər bu fikirdədir ki, bütün xristian dünyası, xüsusilə də Rusiya bütün türkləri olmasa da, ən azından Azərbaycanı məhv etməkdə Ermənistana yardım etməyə borcludur. Ermənilər özlərini bütün Hind-Avropa xalqlarının, o cümlədən rusların və farsların ataları sayırlar, bu, baxımdan, türklərə qarşı mübarizədə İranın və digər irandilli xalqların Ermənistana yardım etməyə borclu olduqlarını iddia edirlər.

SON DƏQİQƏ!!!  Azərbaycan tam məhv olmalıdır - Ermənistan Rusiyadan yardım istədi

İran Azərbaycana qarşı yürütdüyü mehriban düşmən siyasəti ilə az-çox Ermənistanı qane edir. Amma ermənilər elliklə Rusiyadan narazıdırlar və bu, Rusiyanın Azərbaycana silah satışı ilə bağlıdır. Ermənilərin Rusiyadan narazılığı getdikcə artır, son bir ildə ölkədə qərbçilərin payı 10 faizdən 40 faizə qədər yüksəlib. Moskvadan narazılıq yaxın perspektivdə Ermənistanı Rusiyanın orbitindən çıxara bilər.

Bu isə Ermənistan üçün çox faciəli nəticələrə gətirə bilər. Bunu əksər erməni ekspertlər anlayır. Bu məsələyə “Regnum”da dərc edilmiş “Ermənistanın baş naziri kim olacaq” başlıqlı məqalədə də toxunulur. Məqalədən belə başa düşülür ki, Ermənistan siyasətçiləri Rusiyaya sadiq qala-qala özünü qərbçi göstərməyi bacaran Serj Sarkisyanın ömürlük hakimiyyətdə qalmasına çalışırlar.
SON DƏQİQƏ!!!  Azərbaycan tam məhv olmalıdır - Ermənistan Rusiyadan yardım istədi

Məsələn, hakim Respublika Partiyasının təmsilçisi, deputat Nairi Saakyan xeyli irəli gedərək Serj Sarkisyanın ömürlük hakimiyyətdə qalmasını istədiyini vurğulayır: “Şəxsən, mən istəyirəm ki, Serj Sarkisyan ömrünün sonuna kimi hakimiyyətdə qalsın, o çox etibarlı adamdır”, - deyə Saakyan vurğulayıb.

Tərcümeyi-halından belə görünür ki, Nairi Saakyan yetərincə ağıllı adamdır və Azərbaycanı məhv etmək üçün İran və Rusiyanı köməyə çağıran, adını professor qoymuş Levon Şirinyandan çox fərqlənir. Tərcümeyi halı göstərir ki, o, yetərincə praqmatik və erməni paranoyasından uzaq insandır. Məsələn, ermənilər Rusiyanın yardımı ilə 1991-1994-cü illərdə elliklə Qarabağı işğal etməyə qalxanda o, Yakutskda bizneslə məşğul olub. Halbuki, Kazanda hərbi ali raket məktəbini bitiribmiş.

Çingiz Rüstəmov / İstiPress