backend

Yalan ayaq tutar yeriməz

Yalan ayaq tutar yeriməz

Şəhərdə təsadüfən bir tanışımla rastlaşdım. Hal-əhval tutduq, xeyli söhbət etdik. Səhiyyə sahəsində çalışan tanışım söhbəti jurnalistika istiqamətinə yönəltdi, ünvanımıza xoş sözlər söyləməklə bərabər bəzi uzdəniraq media işçilərinin əməlləri barədə acı təəssuf hissi ilə danışdı və əlindəki qəzeti mənə uzadaraq orada dərc edilmiş bir yazını oxumağı təkidlə xahiş etdi. Oxudum. Anonim xarakterli bu yazi respublikada yaxşı tanınan bir xəstəxana haqqında idi. Altında imza qoyulmayan yazıda sadalananların son dərəcə qərəzli bir munasibətin nəticəsi olduğu dərhal açıq-aydın gorünürdu. Heç bir konkret faktın yer almadığı və şəxsiyyətin təhqir olunmasına xidmət edən yazını qəzet səhifəsinə çıxarmaqla iyrənc bir oyunun iştirakçısına çevrilənlər barədə nə fikirləşdiyimi isə deməyə ehtiyac duymadım.


Tanışım yazıda adı hallanan xəstəxanadan,oranın kollektivindən o qədər xoş sözlər danışdı ki, bu səhiyyə müəssisısi ilə əlaqədar araşdırma aparmaq, onu geniş oxucu kutləsinə tanıtdırmaq istədim. Çunki, ortaya belə bir sual çıxırdı: Doğrudanmı xalqa və dövlətə xidmət edən bir səhiyyə ocağı haqqında əsassız şayələr yaymağa çalışırlar?

Əvvəlcə tanıdığım bir neçə həkimlə göruşub adı çəkilən xəstəxana barəsində soruşdum, oranın rəhbərliyi haqqında bəzi tibb işçiləri ilə söhbətləşdim və internet vasitəsilə ətraflı məlumat topladım. Aydın oldu ki, hər şeyi olduğu kimi cəmiyyətə təqdim etməyə dəyər.

Beləliklə yolumu saldım Bakı Şəhər 5 saylı Kliniki Xəstəxanasına. Həkimlər iş başında idilər. Hər tərəfdə təmizlik, səliqə-səhman göz oxşayırdı. Gün ərzində bir neçə xəstə yaxını ilə söhbət etdim, onlara göstərilən tibbi xidmətin səviyyəsi ilə, hər hansı neqativ hallarla rast gəlib-gəlmədikləri ilə maraqlandım. Həmsöhbətlərim çox səmimi cavab verdilər. Qeyd etdilər ki, baş həkim Ziya Əsədovdan, xəstəxananın tibb bacılarından, bütün həkimlərdən çox razıyıq. Həkimlərimz düzgün müayinə-müalicə aparır, tövsiyələrini bizdən əsirgəmirlər. Baş həkimdən, şöbə müdirlərindən çox razıyıq. Onlara öz təşəkkürümüzü bildiririk. Onu da əlavə etdilər ki, xoşagəlməz hərəkətləri burada heç zaman müşahidə etməmişlər.

Ziya həkim işlədiyi bu illər ərzində diqqətli həkim, səriştəli baş həkim kimi tanınmışdır.Yüzlərlə ailəyə sevinc bəxş etmiş və öz şəfalı əlini uzatmışdır. Xəstəxanasının kollektivi də Azərbaycan dövlətçiliyinə, xalqına, vətəninə sədaqətlə xidmət edən baş həkimləri Ziya Əsədova güvənir.

Bu müddət ərzində bu qədər iş görmüş kollektiv sözün əsil mənasında alqışa layiqdir desək, yəqin ki, diqqətli oxucularımız da bizimlə razılaşarlar.