backend

Çıxış yolunu bıçağa əl atmaqda gördü

Çıxış yolunu bıçağa əl atmaqda gördü






















Xırdalanda dəhşətli qətl hadisəsi törədilib.

Dünən Xırdalan şəhərində Heydər Əliyev prospektində qətl hadisəsi baş verib. Cinayətin qurbanı 1982-ci il təvəllüdlü Qax rayon sakini Ramil Məmmədov olub. Məmmədova beş bıçaq yarası vurulub.

qaynarxett.az xəbər verir ki, bu barədə Vesti.Az-a Abşeron rayon Polis İdarəsində bildiriblər.

Xəbər verildiyi kimi cinayət faktı üzrə Balakən rayon sakini 1986-cı il təvəllüdlü Abdulla Saramanov saxlanılıb.

İlkin istintaq zamanı müəyyən edilib ki, onlar tikintidə fəhlə işləyiblər və Xırdalanda mənzil kirayələyirdilər. Cinayətdən bir neçə dəqiqə öncə Saramanov və Məmmədov avtobusdan düşüblər. Avtobus dayanacağında mübahisə ediblər, saxlanılan şəxs Məmmədovun onu təhqir etdiyini bildirib. Saramanov sərxoş olduğu üçün, Məmmədovun bu hərəkətinin bağışlanmaz olduğunu düşünüb və bıçağı işə salıb...

Fakt üzrə istintaqı rayon prokurorluğu aparır