backend

Bakıda metroda dava: oğlan söyüş söyən qadına şillə vurdu - FOTO

Bakıda metroda dava: oğlan söyüş söyən qadına şillə vurdu - FOTO













Bu gün təxminən bir saat əvvəl metronun "Koroğlu" stansiyasından "Ulduz"a gedən qatarda sərnişinlər arasında dava düşüb.

Hadisə şahidlərinin Milli.Az-a verdiyi məlumata görə, qatarda qadın sərnişinlərdən biri vaqonda onu itələyən oğlanı söyməyə başlayıb. Qeyri-etik ifadələr işlədən qadın oğlanı qıcıqlandırıb. Oğlan isə onunla mübahisəyə başlayıb. Bu zaman başqa sərnişin araya girib. Nəticədə sərnişinlər arasında dava düşüb və bir-birlərini şillələyiblər.

Qatar "Ulduz" stansiyasına çatanda sərnişinlər qatardan düşürdülüb.

Qeyd edək ki, mübahisə zamanı qatardakı uşaqlar ağlayıb, digər sərnişinlər narahat olublar.
Bakıda metroda dava: oğlan söyüş söyən qadına şillə vurdu - FOTO