backend

Cəbhədə düşmən əsgəri məhv edildi

Cəbhədə düşmən əsgəri məhv edildi






















Ermənilər Akopyanı əsgərlərimizin öldürdüyünü yazırlar.

Bu gün Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində erməni işğalçı qüvvələrinin bir əsgərinin öldürüldüyü açıqlanıb.

qaynarxett.az Virtualaz.org-a istinadən xəbər verir ki, qondarma “DQR müdafiə nazirliyi” tərəfindən yayılan açıqlamada deyilir ki, 1990-cı ildə anadan olmuş Mqer Ovanessoviç Akopyan aldığı güllə yarasından ölüb.

İnsident bu gün səhər saat 09:15-də təmas xəttinin cənub hissəsində baş verib, erməni tərəfi “Akopyanın döyüş postunda qarşı tərəfdən açılan atəş nəticəsində” öldüyünü iddia edir.

Bu, son bir ay ərzində erməni ordusunda baş verən üçüncü ölüm hadisəsidir.

Əvvəlki iki hadisənin biri intihar, digəri isə erməni əsgərin xidmət yoldaşı tərəfindən vurulmasından ibarət olub. İstisna deyil ki, sonuncu insident də ya intihar, ya erməni əsgərlərinin bir-birini güllələməsinin nəticəsidir.