Masazırda orta məktəbdə erməni havası - Şagirdlər "Artsax" kompozisiyasına oynadıldı

163

Masazırda orta məktəbdə erməni havası - Şagirdlər "Artsax" kompozisiyasına oynadıldı














Bu gün Azərbaycanda yeni təhsil ilinə start verilib.

Bütün məktəblərdə dərs ilinin başlanması xüsusi tədbirlərlə qeyd olunub. Amma bir məktəbdə baş verən hadisə valideynlərin narazılığına səbəb olub.

Oxu.Az xəbər verir ki, övladı 1-ci sinifə gedən valideyinlərdən biri sosial şəbəkədə Masazırda yerləşən 3 saylı məktəbdə qəribə hadisə ilə rastlaşdığını yazıb. O bildirib ki, məktəbdə açılış mərasimi zamanı şagirdlər xüsusi rəqs kompozisiyası hazırlayıblar.

Maraqlıdır ki, müəllimin seçimi erməni bəstəkarı Ara Gevorqyanın "Artsax” kompozisiyası olub.

"Bu musiqiyə görə, məktəb rəhbərliyinə etiraz etsəm də, xeyri olmadı. Şagirdlər bu musiqi sədaları altında rəqs etdilər”, – deyə valideyn yazıb