backend

SENSASİYALI XƏBƏR: İlham Əliyevlə Eldar Namazov ...

SENSASİYALI XƏBƏR: İlham Əliyevlə Eldar Namazov ...

Qohumluq əslində çox dəyərli bir nəsnədir.
Hətta peyğəmbər əfəndimiz Məhəmməd ( s.ə.s ) da buyurub ki, qohumları ziyarət etmək ən böyük ibadətdir.

Qohumluqla bağlı bir maraqlı məqamı da yada salmaq istəyirəm. Sayı milyardlar olan çinlilər biləndə ki, Azərbaycanın əhalisinin sayı 8-9 milyondur, gülə-gülə deyiblər ki, siz hamınız bacı-qardaşsınız ki...
Əlbəttə, balaca Azərbaycanda hamının bir-biri ilə qohumluq əlaqəsinin olması təəccüblü deyil.

NUH.az-a daxil olan məlumata görə, hörmətli prezidentimiz cənab İlham Əliyevlə müxalifətin radikal qanadının rəhbərlərindən biri, Milli Şuranın ideoloqu, Ziyalılar Forumunun rəhbəri, EL partiyasının sədri, ANİF Prezidenti hörmətli Eldar Namazov xalanəvəsidir.
Biz əlbəttə, NUH.az saytı olaraq bu qohumluğun bioloji deyil, millətin və dövlətin maraqları naminə olmasını çox istəyərdik.
Qarşı tərəflərdən birinin münasibətini öyrənmək imkan xaricində olduğu üçün buna cəhd eləmədik. Ancaq Eldar Namazovun elektron poçtuna göndərdiyimiz sorğu cavabsız qaldı.
Biz bir sayt olaraq bu qohumluğun bioloji deyil, milli maraqlara xidmət edəcəyini arzulayırıq.
Və sonda cənab İlham Əliyevin 2008-ci ildə dediyi bir sözü yada salmaq yerinə düşər: “ Tayfa psixologiyası ilə heç nəyə nail ola bilmərik”.

NUH.az