backend

İranda dörd gənc edam edildi

İranda dörd gənc edam edildi






















İranda son bir ayda 160-dan çox adam edam edilib.

İran hökuməti müxalif olduqları və rejimi tənqid etdikləri üçün 4 gənci edam edib.

qaynarxett.az Axar.az-a istinadən xəbər verir ki, İran Milli Müqavimət Şurasının (NCR) verdiyi açıqlamada Bəhram Kiani, Ədalət Rəhmi, Məhəmməd Cəmşidi və Cahanbaxış adlı məhkumlar Şiraz şəhərinin ən böyük meydanında edam edilib.

Edam edilənlərin günahı rejimin siyasətini tənqid etmək və rejimə qarşı müxalif mövqedə dayanmaq olub.

BMT Baş katibi Pan Ki Mun da verdiyi açıqlamasında Həsən Ruhaninin ifadə azadlığı barədə verdiyi vədlərin hələ ki, özünü doğrultmadığını bildirmişdi.

Xatırladaq ki, etibarlı mənbələrdən verilən məlumata görə, İranda son bir ayda 160-dan çox adam edam edilib.