Şok hadisə!!! SAATLIDA İKİ MƏMUR DƏMİR OGURLAYARKƏN İŞ BAŞINDA YAXALANDI

gundem / hadise / Bolge 19-09-2017, 08:43
Şok hadisə!!! SAATLIDA İKİ MƏMUR DƏMİR OGURLAYARKƏN İŞ BAŞINDA YAXALANDI

Saatlı rayonunda qəribə ogurluq hadisəsi baş verib. Qaynarxett.az-a məlumat verən Saatlı rayon sakini Surxay Cahangirov bildirir ki, "Saatlı rayon Qıraqlı kənd icra nümayəndəsi Muxtar Qafarov və Saatlı Elektrik Səbəkəsinin müdiri Fürsətəli Əhmədov birlikdə yük altında olmayan dəmir metalından hazırlanmış iki ədəd işıq vişqalarını (hər biri 2 tondur) dograyıb metal alvercisi Ziyad Abbasova satmaq istəyərkən Saatlı Polis Şöbəsinin əməliyyatcıları tərəfindən yaxalanıblar". Surxay Cahangirovun verdiyi məlumata görə, hadisə bu ilin 15 avqust tarixində Minbaşılı kəndində, Qıraqlı kənd icra nümayəndəsi Muxtar Qafarovun bacısının həyətində baş verib. Həmin hadisədən sonra icra nümayəndəsi Muxtar Qafarovu nə kənddə, nə də rayon mərkəzində gördüm deyən yoxdur. Kimi deyir məzuniyyətə cıxıb, kimi də deyir qacıb...

Hadisənin nə dərəcədə dəqiq olmasını araşdırmaq ücün Saatlı rayon İcra Hakimiyyətinə və Rayon Polis şöbəsinə zənk etsək də cavab verən olmadı. İş gününün sonu oldugunu nəzərə alaraq qarşı tərəfin, həmcinin aidiyyatı qurumların da mövqeyini öyrənib oxucularımıza təqdim edəcəyik. BİZİ İZLƏYİN!!!

Qaynarxett.az
Oxunub: 436
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 


ILK-10