backend

Bunu Paylaşırıq ki, Cənab prezident xəbərdar olsun -Təcili!!! "BROKER” MMC-nin rəhbərinin ERMƏNİLƏRLƏ iş birliyi ölkəni ÇİLKƏLƏDİ - ŞOK GİZLİNLƏR

Bunu  Paylaşırıq ki, Cənab prezident xəbərdar olsun -Təcili!!! "BROKER” MMC-nin rəhbərinin ERMƏNİLƏRLƏ iş birliyi ölkəni ÇİLKƏLƏDİ - ŞOK GİZLİNLƏR












Xeberci.info saytı xəbər verir ki, "Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikovun ERMƏNİLƏRLƏ iş birliyinin ŞOK GİZLİNLƏRİBu günlərdə saytımızda "Ara Abramyanın Azərbaycandakı "nazir” yeznəsi kimdir?” başlıqlı yazı dərc olunmuşdu. Həmin yazıda "Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikovun həbsdə olan sabiq MTN generalı Akif Çovdarova "peredaça” daşıması ilə bağlı məlumatı xatırlatmışdıq.

Həmçinin, qeyd olunurdu ki, Bu yaxınlarda bir həmyerlimiz Moskvadan Minvoda təyyarə ilə dincəlməyə uçarkən təyyarədə bir Moskva ermənisi olan Ara Abramyanla (Rusiyada erməni diasporunun lideri, "ermənilərin naziri” kimi tanınan məşhur biznesmen – red.) tanış olur.
Söhbət Azərbaycandan düşəndə Ara deyir ki, mənim bacım Raisa Ovanesyan, onun qızı Rena Məlikova da Bakıda yaşayırlar, kürəkənim də azərbaycanlıdır. Ara öz kürəkənindən xeyli razılıq edib və deyib ki, yeznəm Bakıda nazirdir. Xeyli təəccüblənən həmyerlimiz soruşub ki, yeznəniz hansı sahəyə rəhbərlik edir? Ara Abramyan cavab verib ki, "monopoliya naziri”dir. Həmyerlimiz Mamedin Ara Abramyanın söhbətini eşidəndən sonra, Əbülfəzlə bağlı araşdırma aparmalı olduq. Məlum oldu ki, Abramyan-Məlikov xətti ilə Azərbaycana Rusiyadan gətirilən ərzaq məhsulları keyfiyyətli göstərilsə də, əslində keyfiyyətsiz və zay məhsullardır. Məsələn, Moskvadan Əbülfəzin xəttilə ölkəmizə gətirilən "şit yağ”la Moskvada satılan şit yağın keyfiyyəti çox fərqlidir. Yəni bu zay ərzaq məhsullarının ölkəyə gətirilməsindən Abramyan-Məlikov cütlüyü xeyli pullar qazanır, əhalimiz isə sağlamlığını itirir.

Xeberci.info saytı xəbər verir ki, Eləcə də bu cütlüyün ölkəmizə gətirdiyi digər ərzaq məhsullarının keyfiyyəti və insan sağlamlığına təsiri bizdə ciddi şübhələr doğurur. Araşdırmalar onu da göstərir ki, idxal olunan məhsullardan Abramyan-Məlikov şəbəkəsi ayda ən az 10 milyon manat pul qazanır. Və bu pullardan şəbəkənin digər üzvlərinin xəbəri yoxdur. Əbülfəz Məlikovun rəhbərlik etdiyi "Broker” MMC-nin fəaliyyəti 2004-cü ildən başlayıb, bu günədək davam edir. 12 il müddətində hər ay idxaldan 10 milyon manat pul qazanmaq ortaya ağılagəlməz bir rəqəmi qoyur. Həmyerlimizlə təyyardə olan söhbətdən o da məlum olub ki, tez-tez Bakıdan Moskvaya uçan Raisa Ovanesyan və Rena Məlikovanı Moskvada kortejə Ara Abramyan qarşılayır. Mənbə onu da söylədi ki, Abramyan-Məlikov şəbəkəsinin qazandığı pullardan, zay məhsulların erməninin əli ilə ölkəyə gətirilməsindən və başqa gizli məqamlardan DGK-nin sədr müavini Səfər Mehdiyevin xəbəri olsa da, bunu Əbülfəzin şefinə çatdırmır. Çünki həmin miliyonlardan Əbülfəz ona da verir. Söhbətin komitə sədrinin müavinindən getdiyi məlumdur. Həm də onun özündən Əbülfəzdə o qədər "kompramat” var ki, ona görə də qorxusundan Abramyan-Məlikov barədə şefə bir söz deyə bilmir.

Hər il bizlər Xocalı, Şuşa, bir sözlə Qarabağ faciəsini qeyd edəndə Rena və Raisa Bakıda ən bahalı CİP Lexusda 4-5 nəfər cangüdənlə gəzir və yəqin ki, bizlərə baxıb ürəkdən gülürlər. Ovanesyanların tapşırığı ilə Broker MMC-nin işçiləri ölkəyə daxil olan sadə camaatın əlindən iki telefonunu, aldığı kostyumu, adi məişət əşyalarını almaqla əslində insanları öz dövlətindən, hakimiyyətdən narazı salır. Bu bəlkə də gizli düşmən planıdır. Əbülfəz Məlikovun şəbəkəsində kənar adama yer yoxudr. Əksəriyyəti özünün və xanımının qohumlarıdır. Məlikov bunu o məqsədlə edir ki, birdən kimsə şefə çıxa bilər və şef onun gizli əməllərindən xəbər tutar. Apardığımız araşdırmalar onu da göstərir ki, Əbülfəzin yaxın ətrafındakı şəxslərin hər birinin Bakı şəhərində ən azı 10 miliyon manatlıq əmlakı var. 2004-cü ildə "Broker MMC-nin cəmi 30 nəfər işçisi varıydısa, bu gün 5000-dən çox işçisi var. Əbülfəz Məlikov imkan vermir ki, özündən başqa kimsə komitə rəhbərliyindən şefin yanına məruzəyə qetsin.

Xeberci.info saytı xəbər verir ki, Bundan başqa rəsmi sənədlərdə "Trans Broker” MMC kimi qeydiyyatdan keçən və Əbülfəz Məlikovun rəhbərlik etdiyi qurumun uzun illər iş adamlarının, sahibkarların başına açdığı zülmlər ancaq keçmiş MTN generalı, hazırda həbsdə olan Akif Çovdarovun əməlləri ilə müqayisə oluna bilər. Ölkəyə istənilən məhsulu gətirmək istəyən iş adamı mütləq Əbülfəz Məlikova "haqq” ödəməli idi. Əslində Əbülfəz Məlikov ölkənin "baş monopolist”i vəzifəsini icra edirdi. Və dövlət büdcəsinə daxil olmalı pullar birbaşa "baş broker”in və onun şəbəkəsinin cibinə axırdı. Söhbət 100 milyonlardan gedir. Daxil olan məlumata görə bu 100 milyonlardan Ovanesyan ailəsinə də xeyli miqdarda pul çatırmış. Bəs, Ovanesyanlar kimdir..? Əbülfəz Məlikovu Raisa və Rena Ovanesyanlarla nə birləşdirir..? Ana-balanın familyasını kim dəyişdirdi..? Suren Ovanesyan kimdir..? Bu barədə araşdırmalarımız davam edir.nuh.az