backend

SON DƏQİQƏ!!! Müdafiə nazirı hava zərbələrindən qorunmaq əmri verdi - CƏBHƏDƏ GƏRGİNLİK

SON DƏQİQƏ!!! Müdafiə nazirı hava zərbələrindən qorunmaq əmri verdi - CƏBHƏDƏ GƏRGİNLİK

Zakir Həsənov mövqelərdə olan döyüş texnikasına baxdı

Hərbçilər üçün növbəti yaşayış kompleksi istifadəyə verilib. Müdafiə Nazirliyindən İstiPress-ə verilən məlumata görə, müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Hava Hücumundan Müdafiə (HHM) qoşunlarının cəbhəboyu zonada yerləşən bölmələrinin birində yeni inşa edilmiş növbəti yaşayış kompleksinin açılışında iştirak edib, hərbi qulluqçular üçün yaradılmış şəraitlə maraqlanıblar.

Müdafiə Nazirliyinin rəhbərliyi həmçinin ərazidəki əsgər yataqxanası, yeməkxana, sinif otaqları, mətbəx, ərzaq və əşya anbarları, qazanxana eləcə də digər xidməti və inzibati obyektlərlə tanış olub.

Sonra Müdafiə naziri mövqelərdə olan döyüş texnikasına baxış keçirib, mühüm dövlət və hərbi obyektlərin hava zərbələrindən müdafiəsi məqsədilə qoşunların fəaliyyəti və digər məsələlərlə bağlı şəxsi heyət qarşısında müvafiq tapşırıqlar qoyub.

SON DƏQİQƏ!!! Müdafiə nazirı hava zərbələrindən qorunmaq əmri verdi - CƏBHƏDƏ GƏRGİNLİK