backend

Nalbandyandan sensasion açıqlama: Bəzi ərazilər Azərbaycana qaytarılacaq

Nalbandyandan sensasion açıqlama: Bəzi ərazilər Azərbaycana qaytarılacaq













Ermənistanın xarici işlər naziri Edvar Nalbandyan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlar çərçivəsində işğal altında olan ərazilərin Azərbaycana qaytarılmasından danışıb.

AzVision.az “aysor.am”-a istinadən xəbər verir ki, nazir məsələ ilə bağlı qısaca açıqlama verib və torpaqların qaytarılacağını istisna etməyib.

“Söhbət nə Qarabağın təhlükəsizliyinə, nə də inkişaf nöqteyi-nəzərindən təhlükə yaratmayacağı ərazilərdən gedir. Əgər digər təfərrüatları açıqlasam, o zaman danışıqlar irəliləməz”.