backend

Ərdoğandan Qarabağ xəbərdarlığı: «Qlobal münaqişəyə çevrilə bilər»

Ərdoğandan Qarabağ xəbərdarlığı: «Qlobal münaqişəyə çevrilə bilər»












Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Dağlıq Qarabağ münaqişəsindən danışıb.

Dövlət başçısı BMT Baş Assambleyasının Nyu Yorkda keçirilən 72-ci sessiyasında problemin beynəlxalq münaqişəyə çevirilə biləcəyini deyib.

Ərdoğan qeyd edib ki, Cənubi Qafqazdakı Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiya münaqişələrinin həlli üçün beynəlxalq ictimaiyyət daha çox səy göstərməlidir:

"Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünün bərpası bölgədə sülhün bərqərar olması üçün əsas şərtdir. Bu gün məhəl qoymadığımız hər bir münaqişənin, sabah regional, hətta qlobal münaqişəyə çevrilə bilmə ehtimalını unutmamalıyıq".