backend

Poroşenkonun oğlu könüllü əsgər gedib

Poroşenkonun oğlu könüllü əsgər gedib






















Ən azından Ukrayna prezidenti belə deyir.

Ukrayna prezidenti Petr Poroşenko CNN kanalına verdiyi müsahibəsində bildirib ki, onun oğlu ölkənin şərqində artilleriya qoşunlarında xidmət edir.

“Biz, ukraynalılar təhlükə ilə üz-üzə gəlib mübarizə aparmağa hazırıq, - o bəyan edib. – Bu, sadəcə sözlər deyil. Mənim oğlum da ordadır. O, könüllü gedib”.

Ukrayna liderinin sözlərinə görə, oğlunun olduğu bölük itkilər verir – son üç həftə ərzində bölükdə dörd nəfər yaralanıb, qaynarxett.az İTAR-TASS-a istinadən xəbər verir.

“Bu çox güclü siqnaldır, bu sadəcə prezident üçün deyil, adi vətəndaş, ata üçün çox şey deməkdir: bu, həmin ərazidə sülhün bərqərar olunmasının nə qədər vacib olması deməkdir”, - Poroşenko müsahibəsində deyib.

O, əlavə edib ki, onun oğlu eyni anda dörd ali məktəbdə - İton, London iqtisadiyyat məktəbində, fransız İNSEAD biznes-məktəbində və Oksfordda təhsil alır, amma bu ona münaqişə zonasına könüllü olaraq yollanmasına mane olmayıb.