backend

“Xərçəng”dən ölən uşağın son arzuları - FOTO

“Xərçəng”dən ölən uşağın son arzuları - FOTO






















Qız anasının qucağında dünyasını dəyişib.

10 yaşlı kiçik qız xərçəng xəstəliyinin qurbanı olub.

qaynarxett.az Teleqraf.com-a istinadən xəbər verir ki, Evi Vaytfildin bir müddət əvvəl xərçəng xəstəsi olduğu ortaya çıxıb. Həkimlər bütün müalicələrə rəğmən, getdikcə vəziyyəti pisləşən kiçik qızın ömrünün son günlərini yaşadığını onun valideynlərinə bildiriblər.

Nə edəcəyini bilməyən ana qızının ömrünün son günlərini xoşbəxt keçirmək üçün onun hər dediyini etməyə qərar verib. Kiçik qız ilk olaraq şahzədə olmaq istədiyini deyib. Evi anasının köməyi ilə bu arzusuna çatıb.

Daha sonra isə Legolanda gedib orada “One Direction” qrupu ilə tanış olmaq istədiyini deyib. Kiçik qızın bu arzusu da yerinə yetib. Evi uzun müddətdir ki, itinin olmağını arzulayırmış. Ömrünün son günlərində anası ona it alaraq ən böyük sevinci yaşadıb. Bütün arzuları gerçəkləşən kiçik qız bir neçə gün sonra anasının qucağında dünyasını dəyişib.

“Xərçəng”dən ölən uşağın son arzuları - FOTO