backend

Azəriqazın adından dələduzluq edən şəxs yaxalandı -SAATLIDA

Azəriqazın adından dələduzluq edən şəxs yaxalandı -SAATLIDA

Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Kərimzadə küçəsi ev 51/2 ünvanda
qeydiyyatda olan və yaşayan 1984-cü il təvəllüdlü Heybətov Tahir Əliabbas oğlu dələduzluq əməlləri ilə
məşğul olduğuna görə Saatlı rayon İcra Hakimiyyətinin və rayonun hüquq-mühafizə orqanlarının birgə
səyi və əməliyyat tədbirləri nəticəsində rayonun Qara Nuru kəndində axşam saatlarında aşkarlanaraq
ifşa olunmuşdur.
Saatlı rayon icra hakimiyyətindən verilən məlumata görə , müəyyən edilmişdir ki, Tahir Heybətov 21.09.2017-ci il tarixdə rayonun Qara Nuru kəndi
ərazisində yerli bələdiyyə orqanına yalan məlumat verərək guya baş idarədən göndərilmiş və yerlərdə
qaz sayğaclarının qurulmasına rəhbərlik edəcəkdir. Bundan ötrü çoxsaylı işçi lazım olduğu üçün bələdiyyə
sədrinə kənd sakinlərinin şəxsiyyət vəsiqələri yığılmaqla işçi götürəcəyini vəd edərək ərazidə bu
tədbirlərin onun tərəfindən həyata keçiriləcəyini bildirmişdir.
Onun əməli şübhə doğurduğundan rayon Polis şöbəsinə gətirilərək sorğu edilmişdir. Baş idarə ilə
əlaqə saxlanıldıqdan sonra belə bir adamın işləmədiyi məlum olmuş və onun barəsində toplanılan
məlumatlardan aydın olmuşdur ki, o Bakı şəhəri Xətai rayonu 36-cı polis bölməsinin axtarışındadır. Gecə
saatlarında Tahir Heybətov həmin şöbənin əməkdaşlarına təhvil verilmişdir.