backend

Hafiz Hacıyev: Jirinovski yenə çaşır, o kimdir ki, ayağına gedim?

Hafiz Hacıyev: Jirinovski yenə çaşır, o kimdir ki, ayağına gedim?






















“İnterpol vasitəsi ilə axtarışa verilib”.

Vladimir Jirinovski hərdəmxəyal bir adamdır. Bu gün bir söz deyir, sabah başqa bir söz. Azərbaycana gəlməsə Moskvada yaşayan müşavirim İsmayılov Məhəmmədi bir daha onun yanına göndərəcəyəm.

qaynarxett.az xəbər verir ki, bunu Modern.az saytına Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. O, bildirib ki, Vladimir Jirinovski ilə dialoqun baş tutmasında maraqlıdırlar.

Hafiz Hacıyevin sözlərinə görə, Vladimir Jirinovski Azərbaycana gəlməkdən qorxur:

“Ukraynadakı separatçıları dəstəklədiyinə görə İnterpol vasitəsi ilə axtarışa verilib. Deməli, Azərbaycana gəlsə, onu tuta bilərlər. Bundan başqa, o, Azərbaycan haqqında o qədər qələtlər edib ki, bura gəlməkdən qorxur. Elə bilir ki, Azərbaycana gəlsə, kimsə buna nəsə xələl gətirər”.

Partiya sədri deyib ki, Jirinovski son zamanlar yenə sərsəm hərəkətlər edir: “O, yenə çaşır. Gəlməsə, şəxsən mənim durub onun ayağına gedib təkbətək görüşməyim vacib məsələ deyil. O, sözünün çəkisi olmayan bir şəxsdir. Bura gəlsəydi, şəxsən onunla görüşərdim”.

Qeyd edək ki, Vladimir Jirinovskinin sentyabrın sonunda Azərbaycana gələcəyi xəbəri yayılsa da, ötən gün ölkə KİV-i onun bu barədə planlarının olmadığını yazıb.