backend

Qurban Qurbanov: «Roma» qarşısına çıxana 3-4 top vurur (VİDEO)

Qurban Qurbanov: «Roma» qarşısına çıxana 3-4 top vurur (VİDEO)














Ötən gün Azəbaycan Premyer Liqasının VI turunda "Qarabağ" öz meydanında "Sumqayıt"ı qəbul edib.

Görüşdən sonra keçirilən mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov 4:1 hesablı qələbəyə şərh verib.

"Bəlkə nəticəyə görə asan olduğunu düşünürsüz. Amma həqiqətən də çətin idi. Çempionat bizim üçün çox vacibdi. İlk hissə bizim üçün psixoloji cəhətdən ağır oldu. Amma sonra vəziyyəti düzəltdik. Azarkeşlərimizi qələbə münasibətiylə təbrik edirəm. Hər oyundan əvvəl futbolçulara tapşırıram ki, vərəqə almamağa çalışsınlar. Miçelə də buna görə əsəbləşdim. Ehtiyac olmadan qırmızı vərəqə aldı. Hakimlərin işi çətindi. Meydanda 22 futbolçunu idarə edirlər. Onlara iradım yoxdu. Ramilin oynamamasının heç bir xüsusi səbəbi yoxdu. Hələ komandaya uyğunluşmağa çalışır. 23 nəfərlik heyətdi və hamısı hazır olmalıdı".

Mütəxəssis çıxışı zamanı İtaliyaya yola düşəcəyini açıqlayıb: "Bu gecə Romaya uçuram, rəqibin oyununa baxacam. Artıq o oyuna hazırlaşmağa başlamışıq. "Roma" güclü rəqibdi, qarşısına çıxana 3-4 top vurur. Amma hazırlaşacağıq. Getdikcə çempionatımızın tempi aşağı düşür. Əfsuslar olsun ki, bu belədi. Bir oyunla da səviyyə fərqi yuxarı qalxmır. Çalışırıq ki, yüksək tempə hazırlaşaq".