backend

Milli Şuranın 23 sentyabr mitinqi BAŞ TUTDU - 9 nəfər HƏBS OLUNDU

Milli Şuranın 23 sentyabr mitinqi BAŞ TUTDU - 9 nəfər HƏBS OLUNDU
Bu gün Milli Şuranın "Məhsul" stadionunda mitinqi baş tutdu.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqdə 10 minə yaxın insan iştirak edib.

Aksiyanın aparıçısı Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü İbrahim İbrahimli mitinqin keçrilmə səbəblərinə toxunaraq dedi ki, ölkədə baş verən qanunsuzluqlar, siyasi fəalların oğurlanaraq, şərlənərək həbs edilməsi, koorupsiyanın pik həddə çatması artıq səbr kasasını daşdırıb.

Çıxış edən Azərbaycan Xalq Cəbhəsi Partiyasının Ali Məclisinin sədri Nurəddin Məmmədli mitinqdə kütləviliyin qarşısını almaqdan ötrü hökumətin inzibati basqılardan istifadə etdiyini bildirdi: "Azərbaycanın bütün rayonlarında mitinqə qatılmaq istəyənlərə təzyiqlər olub".

AXCP sədri Əli Kərimli isə çıxışı zamanı mitinq ərəfəsində 53 nəfər fəalın polis tərəfindən saxlandığını bildirib, eyni zamanda 19 sentyabrda Müsəlman Birliyi Hərəkatının üzvü Əhsən Nuruzadənin və ictimai fəal Bəhruz Quliyevin oğurlandığını söylədi və xalqın müqavimətini qırmağın mümkün olmadığını vurğuladı: "Bu millət meydana ona görə toplaşıb ki, oğrulara sözü var. Bu meydanda 100-dən çox siyasi məhbusun şəkli dalğalanır. İnsanlar bura həm də ona görə toplaşıb ki, həbsdəki Gözəl Bayramlıya, Mehman Hüseynova, İlkin Rüstəmzadəyə, Fuad Əhmədliyə azadlıq tələb etsin".

Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatının sədri, Milli Şuranın Koordinasiya Şurasının üzvü, Qarabağ qazisi Rövşən Əhmədli şərlənərək zindanlara salınan dindarlara, AXCP sədrinin müavini Gözəl Bayramlıya edilən zülmü pislədi. O, Füzulinin Qaraxanlı kəndində ermənilərin öldürdüyü 2 yaşlı Zəhra Quliyevanın faciəsinə toxundu.


[media=https://av.voanews.com/Videoroot/Pangeavideo/2017/09/6/63/63674fa4-ac1f-4c26-886c-23aca32f181f.mp4]