backend

İran terrorun əsas mənbəyidir — Səudiyyə Ərəbistanından ŞOK İDDİA

İran terrorun əsas mənbəyidir — Səudiyyə Ərəbistanından ŞOK İDDİA














Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil Əl-Cubeyr İranı terrora dəstək verən dövlət adlandırıb

“Ölkə.Az” xəbər verir ki, o, bu barədə BMT Baş Assambleyasında çıxış edərkən deyib. Nazirin sözlərinə görə, İran regionda “düşmən siyasət” yürüdür.

“Yaxın Şərqdə çox böyük çətinliklər mövcuddur. Onlardan ən birincisi bu regionda tüğyan edən terrordur. Yaxın Şərqdə terrorun yayılmasının əsas səbəblərindən biri İranın yürütdüyü siyasətdir. İran hökuməti gizli və açıq şəkildə terrorçuluğu dəstəkləyir”, - deyə Cubeyr bildirib.

Ərəb nazirin sözlərinə görə, Səudiyyə Ərəbistanı terrorla mübarizədə bütün vasitələrdən istifadə edəcək: “Mübarizə həm siyasi, həm də iqtisadi baxımdan aparılacaq. Lazım gələrsə, İrana qarşı da mübarizəni gücləndirəcəyik”.