backend

Türkiyənin baş naziri və xanımı Bakını seyr etdi

Türkiyənin baş naziri və xanımı Bakını seyr etdi






















Onlar Xəzər dənizi fonunda foto çəkdirib.

Türkiyənin yeni baş naziri Əhməd Davudoğlu xanımı ilə birgə Bakını seyr edib.

qaynarxett.az AzərTAc-a istinadən xəbər verir ki, Azərbaycanda rəsmi səfərdə olan baş nazir, xanımı Sare Davudoğluna paytaxtımızın mənzərələri yerlərini göstərib. Birlikdə Bakını seyr edən baş nazir və xanımı Xəzər dənizi fonunda foto çəkdiriblər.

Qeyd edək ki, Türkiyənin yeni baş naziri Əhməd Davudoğlu Azərbaycanda rəsmi səfərdədir. Əhməd Davudoğlu səfəri çərçivəsində Şəhidlər Xiyabanı və Fəxri Xiyabanı ziyarət edib. Baş nazir şəhidlərimizin məzarların, sonra Türk Şəhidliyini ziyarət edib.

Əhməd Davudoğlu daha sonra Fəxri Xiyabanda oub. O, Ümummilli lider Heydər Əliyevin məzarını da ziyarət edib. Türkiyəli rəsmi Bakıda bir sıra rəsmi görüşlər keçirəcək.

Türkiyənin baş naziri və xanımı Bakını seyr etdi