Kollec direktoru aprel Şəhidinin ruhuna sayğısızlıq - Şəhidimizin portretini sökdürdü

485

Kollec direktoru aprel Şəhidinin ruhuna sayğısızlıq - Şəhidimizin portretini sökdürdü














Aprel döyüşlərində qəhrəmancasına Şəhid olan Xüsusi Təyinatlı Dəstəmizin giziri Pəncəli Teymurovun Astara şəhəri Pedoqoji kollecindəki xatirə güşəsi kollec direktoru tərəfindən sökdürülüb.

Bu haqda Moderator.az -a Şəhid Rəşid Bağırovun oğlu Xəyal Bağırov məlumat verib. Xəyal Bağırov şikayətində bildirib ki, Şəhidimizin xatirə güşəsi kollecin direktoru Ağabala müəllim tərəfindən sökdürülüb.

Xatırladaq ki, Pəncəli Nurməhəmməd oğlu Teymurov 1981-ci il martın 24-də Astara rayon Əzərüd kəndində anadan olub. Ordumuzun giziri olan Pəncəli aprel döyüşləri zamanı qəhrəmancasına Şəhid olub.
Məsələylə bağlı əməkdaşımız araşdırmaya başlayıb. Hadisənin necə baş verməsi ilə bağlı ətraflı məlumat verəcəyik.
Kollec direktoru aprel Şəhidinin ruhuna sayğısızlıq - Şəhidimizin portretini sökdürdüKollec direktoru aprel Şəhidinin ruhuna sayğısızlıq - Şəhidimizin portretini sökdürdü