backend

SON DƏQİQƏ!!! Azərbaycan Qarabağda güzəştə gedir? - Erməni şərhçisindən SENSASİON açıqlama

SON DƏQİQƏ!!! Azərbaycan Qarabağda güzəştə gedir? - Erməni şərhçisindən SENSASİON açıqlama















Erməni şərhçinin sensasion açıqlaması

Elman Məmmədyarovla Edvard Nalbandayanın Nyu-Yorkda görüşündən sonra bəzi erməni şərhçilər Azərbaycanın Qarabağ üzrə danışıqların davam etdirilməsi üçün müəyyən güzəştlərə hazır olduğunu iddia ediblər.

SON DƏQİQƏ!!! Azərbaycan Qarabağda güzəştə gedir? - Erməni şərhçisindən SENSASİON açıqlama
İstiPress-in məlumatına görə, məsələyə "Lragir"də məqalə həsr edən erməni şərhçi Naira Ayrumyan güzəştlərin qoşunların təmas xəttinə atəşkəsin pozulmasını araşdıran xüsusi mexanizmlərinin yerləşdirilməsinə Azərbaycanın razılıq verməsi ilə bağlı olduğunu iddia edib.

“Bakı bu şərti yerinə yetirməkdən imtina edirdi. Ermənistan isə bəyan edirdi ki, bunsuz danışıqları bərpa etməyəcək”,- deyə Naira Ayrumyan vurğulayıb.

Erməni şərhçinin iddiasına görə, mexanizmlərin tətbiqinə razılıq verməsi Bakının müunaqişəni hərb yolu ilə həll variantından imtinası deməkdir - guya buna razılıq verməsi Azərbaycan Qarabağda müharibə hüququnu itirir.

SON DƏQİQƏ!!! Azərbaycan Qarabağda güzəştə gedir? - Erməni şərhçisindən SENSASİON açıqlama
Bu məsələyə Rusiyanın ermənipərəst “Regnum” agentliyində də toxunublar. Agentliyin yazdığına görə, Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitəsinin sədri Konstantin Kosaçev Ermənistan və Azərbaycanın Qarabağ məsələsi üzrə anlaşmaya yaxın olduğunu bildirib:

“Məndə olan məlumata görə, münaqişə tərəfləri anlaşmaya yetərincə yaxındırlar. Əlbəttə, şeytan həmişə sonuncu detallarda gizlənir. Vəziyyət yerində durmur, o, irəli gedir”.

Nə baş verir? Azərbaycan Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı heç bir açıqlama verməməsi, istər-istəməz, bir sıra suallar doğurur: Doğrudanmı Azərbaycan Qarabağda müharibə hüququndan birdəfəlik imtina edir? Əgər belə bir şey varsa, Xarici İşlər Nazirliyi niyə bu barədə heç bir məlumat vermir? Doğrudanmı, qoşunların təmas xəttinə hansısa videokameraların quraşdırılması ilə Azərbaycan müharibə huqunu itirir? Bəs Azərbaycanın Qarabağ üzrə güzəşti nədən ibarətdir?
SON DƏQİQƏ!!! Azərbaycan Qarabağda güzəştə gedir? - Erməni şərhçisindən SENSASİON açıqlama

2 aprel 2016-cı ildə Azərbaycan ordusunun Ermənistan işğalından azad etdiyi ərazilər
Politoloq Tofiq Abbasov İstiPress-ə müsahibəsində Naira Ayrumyanın dediklərini blef adlandırıb. Onun fikrincə, Azərbaycan Xarici İşlər Nazirliyinin danışıqlar barədə açıqlamanı gec verməsi, həmişə olduğu kimi erməni blefinə imkan yaradıb.
SON DƏQİQƏ!!! Azərbaycan Qarabağda güzəştə gedir? - Erməni şərhçisindən SENSASİON açıqlama
“Bizim problemimiz ondadır ki, informasiya müharibəsini uduzuruq. Həmişə onlar məlumatı birinci yayırlar, məsələni özlərinə lazım olan şəkildə təqdim edirlər, biz onlara cavab verməli oluruq. Bu isə bizim ziyanımıza işləyir. Çörçil demişkən, həqiqət evində şalvarını geyinən zaman, yalan bütün şəhəri dolaşmış olur”.
SON DƏQİQƏ!!! Azərbaycan Qarabağda güzəştə gedir? - Erməni şərhçisindən SENSASİON açıqlama

Tofiq Abbasovun sözlərinə görə, əslində, Azərbaycan qoşunların təmas xəttində videomüşahidə kameralarının yerləşdirilməsinin əleyhinə deyil:

“Əslində, bu, bizim üçün faydalıdır. Çünki atəşkəsi pozanlar onlardır. Bizim tərəfdə dinc əhali yaşayır, onlar tərəfdə isə işğalçı əsgərlərdir. Atəşkəsin pozulması bizim dinc əhalinin sərbəstliyinə, gündəlik həyatına və tarla işlərinə mane olur. Ona görə də biz bunun əleyhinə deyilik. Sadəcə, ermənilər tələb edir ki, Azərbaycan aprel döyüşlərində işğaldan azad etdiyi 2000 hektar ərazini yenidən Ermənistanın nəzarətinə versin və müşahidə qurğuları aprelin 2-dən əvvəlki təmas xətti üzrə quraşdırılsın. Təbii ki, Azərbaycan bununla razılaşmayacaq”.

Politoloq müşahidə qurğularının müharibə huququna heç bir dəxli olmadığını da vurğulayıb: “Qoşunların təmas xəttində 5-6 kameranın artıq olması nəyi dəyişir ki? O kameralar bizim tankların hərəkətinə mane olacaqlar? Apred döyüşlərində Ermənitanın 25 il ərzində möhkəmləndirdiyi istehkamları bir neçə saata keçən Azərbaycan ordusu üçün kameralar maneə ola bilməz”.
SON DƏQİQƏ!!! Azərbaycan Qarabağda güzəştə gedir? - Erməni şərhçisindən SENSASİON açıqlama

Ermənilər Ağdamı geri qaytarır
Əslində, Azərbaycan prezidenti İlham Əliyevin BMT-dəki çıxışını düzgün anlayan erməni şərhçilər də var. Məsələn, erməni jurnalist Qalust Qriqoryan “Armenianreport” portalında bu barədə dərc etdirdiyi məqaləni “Sabah müharibə olacaq” adlandırıb. Müəllifin fikrincə, Azərbaycanın beynəlxalq rəyi münaqişəni müharibə yolu ilə həll etməyə hazırlayır. O, diqqəti İlham Əliyevin BMT kürsüsündən Serj Sarkisyanın Xocalıda soyqırım törədənlərdən biri olması barədə məlumat verməsinə yönəldib.

Ermənilərin haqqında həddindən çox danışdığı müşahidə mexanizmləri barədə ən maraqlı sözü erməni politoloq İqor Muradyan bildirmişdi. Qarabağ hərəkatının ilk liderlərindən olan və problemi dərindən bilən Muradyan ona bu barədə verilən suala sualla caıvab vermişdi: “Seyran Ohanyanın 25 ilə möhkəmləndirdiyi istehkamları bir-iki saata keçən Azərbaycan tanklarını 5-6 kamera ilə saxlamağı mümkünmü sayırsınız?”

Atalar demişkən, vuran oğul ataya baxmaz. Yəni Azərbaycan Qarabağ uğrunda müharibəyə başlamaq istəyəndə, kameraya-filana baxmayacaq və torpaqlarını işğaldan azad edəcək.

Çingiz Rüstəmov / İstiPress