backend

Deputat məşhur restoranda nahar etdi, 13 milyonluq hesab gəldi

Deputat məşhur restoranda nahar etdi, 13 milyonluq hesab gəldi














Rusiyanın subyektlərindən sayılan Saxa Respublikasında deputatlardan biri gözlənilməz vəziyyətlə qarşılaşıb.

Axar.az xəbər verir ki, Viktor Fedorov adlı millət vəkili “Travellers Kofe” adlı restoranda sifariş etdiyi naharın və kofenin pulunu ödəyə bilməyib.

“Tək idim. Kartda kifayət qədər vəsait olmadığından ödəniş edə bilmədim. Nədənsə nahara görə 13 milyon rubl qeyri-adidir”, - deyə deputat "Facebook" hesabında yazıb. Həmçinin o, parlamentdən onun nahar üçün borcunu bağlamağı xahiş edib.

Fedorovun bu statusu qısa müddətdə əks-səda doğurub. Sosial şəbəkə istifadəçiləri restoran sahiblərinin deputata “fərdi” yanaşaraq ondan daha çox pul qopartmaq istədiyini yazıblar.

Az sonra restoran rəhbərliyi baş vermiş xoşagəlməz olaya görə ondan üzr istəyib və hesabda yanlışlıq edən kassirlə bağlı tədbir görəcəklərini bildirib.

Deputat isə kassiri cəzalandırmamağı xahiş edib və bildirib ki, hamı səhv edir.