backend

“Qarabağ” klubu bilet saxtakarlığından danışdı: Özüm də şahidi oldum

“Qarabağ” klubu bilet saxtakarlığından danışdı: Özüm də şahidi oldum






















“Biletlərin üzərinə holoqram vurulacaq”.

Dünən Avro Liqanın qrup mərhələsi çərçivəsində keçirilən “Qarabağ”- “Sent Etyen” matçında bilet saxtakarlığı aşkarlanıb.

qaynarxett.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə açıqlama verən klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov gələn oyunlarda belə halların baş verməməsi üçün mübarizə aparacaqlarını deyib.

“Belə bir saxtakarlığın özüm də şahidi oldum. Sadəcə olaraq bəzi işbazlar orijinal biletin sürətini çıxararaq bir neçə nəfərə satmağa çalışırlar. Oyunlardan qabaq biz dəfələrlə azarkeşlərə bileti stadionun kassalarından almaları barədə xəbərdarlıq etmişdik. Növbəti oyunlarda belə halların baş verməməsi üçün biletlərin üzərinə holoqram vurulacaq. Çalışıb elə holoqram vuracağıq ki, işbazlar bunun sürətini çıxara bilməsinlər”.