backend

Azərbaycanda "Kürdüstan"ın müstəqilliyinə dəstək verən məmur kimdir? - FOTOFAKT

Azərbaycanda "Kürdüstan"ın müstəqilliyinə dəstək verən məmur kimdir? - FOTOFAKT















İsrailin İraqda keçirdiyi və İraqın ərazi bütövlüyünün pozulmasına xidmət edən separatçı referendumun, separatizmdən əziyyət çəkən və ərazisinin 20%-i separatçı-terrorçuların əsarətində olan Azərbaycan Respublikasının rəsmi dövlət məmurları tərəfindən dəstələnməsi kimə xidmət edir?

Vətəninfo.az xəbər verir ki, sözügedən separatçı səylər uzun illərdir separatizmin əsirinə çevrilmiş və öz torpaqlarının 20%-ni itirmiş Azərbaycan əhalində də haqlı hiddətlər doğurur. Çünki İraq dövlətinin parçalanmasına xidmət edən "Kürdüstan hiyləsi”, Azərbaycan torpaqlarında da qondarma erməni dövlətinin yaradılmasına "nümunə” ola bilər. Bu səbəbdən də İraqda qondarma Kürdüstan adlı dövlətin yaradılması Azərbaycan xalqının və dövlətinin maraqlarının tam ziddinədir. Bunu başa düşən Vətənini sevən Azərbaycan Respublikası əhalisi sosial şəbəkələrdə "Kürdüstan hiyləsinə” öz etirazlarını bildirirlər. Amma bu Azərbaycanda bu sionist hiyləsinə sevinənlər də var, həm də dövlətin rəsmi məmurları arasında.

Facebook.com sosial şəbəkəsində yayılan bir məlumatda Laçın Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri, milliyyətcə kürd olan Azərbaycan vətəndaşı Fizuli Tanrıverdiyevin də belə məmurlardan biri olduğu qeyd edilir və onun sosial şəbəkədəki profilini PKK-nın tör-töküntüsü olan İraq Kəndlərinin əski parçasını bayraq adı ilə profilinə yayımlayıb.

Fizuli Tanrıverdiyevin feysbuk sosial şəbəkəsindəki profilinə nəzər saldıqda, bu rəsmi dövlət məmurunun sankı Azərbaycan Respublikasının İcra Hakimiyyətinin məmuru deyil, İraq Kürdistanının kürd administrasiyasının rəhbəri Məsud Barzaninin məmuru olduğu təəssüratı yaranır.

Əgər Fizuli Tanrıverdiyev sıravi vətəndaş olsaydı, yenə də bunu bir təhər başa düşmək olardı. Amma Azərbaycan Respubkasının rəsmi dövlət məmurunun uzun müddətdir öz şəxsi internet səhifəsində separatçılığı dəstəkləməsi və bunu fəxarətlə təbliğ etməsi, ölkə hakimiyyəti məmurları arasında Azərbaycan xalqına deyil, xarici qüvvələrə xidmət edən ünsürlərin olduğunun bariz nümunəsidir.

Azərbaycanın rəsmi dövlət məmurunun tanınmayan separatçı rejimin bayrağı fonunda şəkil çəkdirməsi və separatçılığı dəstəkləyən plakat hazırlamasının adı nədir? Bu – ərazisi işğal edilən Vətənə xəyanət deyilmi?
Azərbaycanda "Kürdüstan"ın müstəqilliyinə dəstək verən məmur kimdir? - FOTOFAKT
Azərbaycanda "Kürdüstan"ın müstəqilliyinə dəstək verən məmur kimdir? - FOTOFAKT