backend

Qəza törətdi: Özünü, arvadını, gəlinini və nəvəsini xəstəxanalıq etdi

Qəza törətdi: Özünü, arvadını, gəlinini və nəvəsini xəstəxanalıq etdi






















Hadisə Lənkəran rayonunda baş verib.

Bu gün Ələt-Astara magistralının 214-cü km-də 4 nəfərin ağır xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.

qaynarxett.az ANS PRESS-ə istinadən xəbər verir ki, hadisə yolun Lənkəran rayonunun Bürcəli qəsəbəsindən keçən hissəsində baş verib.

Belə ki, Elbrus Malıyevin idarə etdiyi “VAZ-2106” markalı maşın Astara rayon sakini 24 yaşlı Zaur Rzayevin idarə etdiyi eyni markalı maşınla toqquşub.

Nəticədə hər iki maşın yararsız hala düşüb. Həmçinin sürücü Elbrus Malıyev və maşındakı ailə üzvləri, həyat yoldaşı Sərməgül, gəlini 22 yaşlı Rufanə, nəvəsi Həsən ciddi bədən xəsarətləri alıblar. Yaralılar Lənkəran rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.

Qəzanın Zaur Rzayevin idarə etdiyi avtomaşınla ötmə əməliyyatını düzgün həyata keçirməməsi səbəbindən baş verdiyi göstərilir.

Faktla bağlı araşdırma aparılır.