backend

Bakıda qatarın altında qalan kişi öldü

Bakıda qatarın altında qalan kişi öldü













Bakının Suraxanı rayonunda qatarın altında qalan kişi ölüb.

"Report" məlumatına görə, hadisə rayonun Yeni Günəşli qəsəbəsinin ərazisində baş verib.

Belə ki,qəsəbə sakini Məhərrəm Əlihüseyn oğlu Abbasov yolu keçmək istəyərkən Keşlə-Biləcəri qatarının altında qalıb.

Qapalı kəllə-beyin travması alan şəxs ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. M.Abbasov yerləşdirildiyi xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.