backend

Qaribaşvili Azərbaycandadır

Qaribaşvili Azərbaycandadır






















Gürcü nazir “Cənub qaz dəhlizi”nin təməlqoyma mərasimində iştirak edəcək.

Gürcüstanın baş naziri İrakli Qaribaşvili bu gün Bakıda “Cənub qaz dəhlizi” layihəsinin təməlqoyma mərasimində iştirak edəcək.

qaynarxett.az APA-ya istinadən xəbər verir ki, bu barədə baş nazirin mətbuat xidməti açıqlama yayıb.

Gürcüstan nümayəndə heyətinin tərkibində baş nazirin müavini, energetika naziri Kaxa Kaladze, xarici işlər nazirinin birinci müavini David Zalkaliani və deputat İrakli Tripolski daxildir.