Müəllim olmaq istəyənlərin nəzərinə: qeydiyyat başladı

Sosial 29-09-2017, 18:28
Müəllim olmaq istəyənlərin nəzərinə: qeydiyyat başladı













Təhsil Nazirliyi sisteminə daxil olan ilk peşə-ixtisas təhsili müəssisələrinə ümumtəhsil fənn müəllimlərinin işə qəbulunun müsahibə mərhələsi üzrə ərizələrin qeydiyyatına başlayıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, işə qəbul üzrə müsahibədə bu il və ya ötən il test mərhələsindən müvafiq keçid balını toplamış, ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi (diplom) almış şəxslər iştirak edə bilərlər.

Qeyd edək ki, ilk peşə-ixtisas təhsili müəssisələrinə ümumtəhsil fənn müəllimlərinin işə qəbulu Təhsil Nazirliyinin əmri ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları"na əsasən həyata keçirilir.

Namizədlər oktyabr 3-dək ərizəsini və müvafiq sənədləri (müraciət etdiyi rayon (şəhər), test mərhələsində topladığı bal, şəxsiyyət vəsiqəsinin surəti, təhsil sənədinin surəti) Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinə və ya office@vet.edu.gov.az elektron ünvanına təqdim etməlidirlər.

Müsabiqəyə ilk peşə-ixtisas təhsili müəssisələrində olan 70 vakant müəllim yeri çıxarılıb. Vakant yerlər ölkənin regionlarındakı peşə məktəblərindədir.
Oxunub: 321
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 


ILK-10