backend

Bakının mərkəzi yolları bağlanır - YENİLƏNİB + SİYAHI

Bakının mərkəzi yolları bağlanır - YENİLƏNİB + SİYAHI























“Vətəndaşlar şəxsi avtomobillərdən az istifadə etsinlər”.

Bu gün Bakıda keçiriləcək “Əsrin müqaviləsi”nin 20-ci ildönümünə həsr olunmuş tədbirlərlə əlaqədar paytaxtın bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

qaynarxett.az xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi Vaqif Əsədov APA-ya bildirib ki, tədbirlərə qatılan yüksək səviyyəli qonaqların hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə paytaxtın Yusif Səfərov, Üzeyir Hacıbəyli, Mehdi Hüseyn, Zərifə Əliyeva, Rəsul Rza küçələri, Azadlıq, Neftçilər prospekti, "Azneft" dairəsi, Parlament, Heydər Əliyev, İnşaatçılar və Hüseyn Cavid prospektləri, Bakıxanov küçəsi, Tbilisi prospekti, Vaqif və Koroğlu Rəhimov küçələrində avtomobillərin hərəkətinə məhdudiyyətlər qoyulacaq və ya istiqamət dəyişdiriləcək.

Bununla əlaqədar sürücülərdən Bakının yollarında şəxsi avtomobillərdən az istifadə etmələri tövsiyə olunur.

Təhlükəsizlik tədbirlərinin sentyabrın 21-dək davam edəcəyi gözlənilir.

2014.09.18 18:34

Bu gündən etibarən Bakıda bir sıra küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq.

qaynarxett.az xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi Vaqif Əsədovun ANS PRESS-ə verdiyi açıqlamada bildirdiyinə görə, bu gün axşam saatlarından başlayaraq “Əsrin müqaviləsi”nin 20-ci ildönümünə həsr olunmuş tədbirlərdə iştirak edəcək yüksək səviyyəli qonaqların hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə paytaxtın küçə və prospektlərində Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən müxtəlif tədbirlərin görülməsi nəzərdə tutulur:

“Əsas tədbirlər şəhərin daxilində həyata keçiriləcək. Belə ki, paytaxtın Neftçilər prospekti, Zərifə Əliyeva küçəsi, Azneft dairəsi, Mərdəkan-Zuğulba şosesi, eləcə də digər küçə və prospektlərində nəqliyyatın hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq, istiqamət dəyişdiriləcək”.

Bununla əlaqədar sürücülərdən xahiş olunur ki, tədbirin yüksək səviyyədə keçməsi üçün Bakı şəhərinin yollarında şəxsi avtomobillərdən az istifadə etsinlər, ictimai nəqliyyata üstünlük versinlər.

Təhlükəsizlik tədbirlərinin sentyabrın 21-dək davam edəcəyi gözlənilir.