backend

Türkiyədə xəstələrə təcavüz edən azərbaycanlı həkimə cinayət işi açıldı

Türkiyədə xəstələrə təcavüz edən azərbaycanlı həkimə cinayət işi açıldı























Həkimdən şikayət edən qadınlar 58 və 25 yaşlarında olublar.

Türkiyədə Azərbaycan vətəndaşı olan həkim 20 il müddətinə həbs edilə bilər.

qaynarxett.az ANS PRESS-ə istinadən xəbər verir ki, həkim F.İ iki qadın xəstəsinə qarşı seksual xarakterli hərəkətlərdə ittiham edilir.

Məlumata görə, assistent həkim F.İ İzmir şəhərindəki universitetin urologiya şöbəsində çalışıb. O, müayinə zamanı iki qadına əllə taciz edib.

Həkimdən şikayət edən qadınlar 58 və 25 yaşlarında olublar. M.K. adlı qadın həkimin uzun müddət onun cinsi orqanına əli ilə toxunduğu və alt geyimlərini çıxararkən onu izləməsini, digər xəstə D.E. isə tibb işçisinin onun sinəsinə toxunduğunu, yanağından öpdüyünü deyərək şikayət edib.

Şikayətdən sonra azərbaycanlı həkim haqqında seksual xarakterli hərəkətlər ittihamı ilə cinayət işi açılıb. Həkimin 6-20 il azadlıqdan məhrum edilməsi tələb edilir.