backend

Kataloniya referendumunun nəticələri açıqlandı — Müstəqillik iki günə elan ediləcək

Kataloniya referendumunun nəticələri açıqlandı — Müstəqillik iki günə elan ediləcək













Kataloniyada referendumun nəticələri açıqlanıb.

"Ölkə.Az" xəbər verir ki, polis və seçicilərin üz-üzə gəldiyi, yüzlərlə insanın yaralandığı referendumdan sonra Kataloniya prezidenti Puçdemon çıxış edərək müstəqil dövlət qurma haqqı qazandıqlarını bildirib. Səsvermədən iki gün sonra müstəqilliyin elan edilməsi gözlənilir.

İspaniyanın Kataloniya muxtar bölgəsində keçirilən referendumda xalqın 90.09 faizi müstəqilliyin lehinə səs verib.

Prezident Puçdemon deyib: "Bu ümid və hüznlə dolu gündə Kataloniya vətəndaşları idarəetmə respublika idarə üsulu ilə müstəqil dövlət qurma haqqını qazandılar. Hökumətimiz önümüzdəki bir neçə gün ərzində səsvermənin nəticələrini parlamentə göndərəcək".

Prezident təktərəfli müstəqillikdən danışaraq nəticələrin təktərəfli müstəqillik elan etməyin yolunu açdığını da qeyd edib.

Bildirilir ki, referendumda 2.3 milyon etibarlı səs verilib. Xalqın 90.09 faizi müstəqilliyi dəstəkləyib. Referendumun əleyhinə isə cəmi 7.87% səs verilib.
Kataloniyada səsvermə hüququ olan 5 milyon 300 min əhali var. Əgər yuxarıdakı rəqəmləri nəzərə alsaq, səsvermədə 42.3% seçici iştirak edib.

Səsvermədən sonra İspaniya prezidenti Mariano Rajoy da açıqlama verib. O, kataloniyalıların aldadılaraq qeyri-qanuni səsverməyə məcbur edildiyini bildirib. Onun fikrinə görə, referendum demokratiya ilə əylənməkdir.

Sabah isə müstəqilliyi dəstəkləyən qrup və həmkarlar ittifaqları tətil elan edəcəklər.

Nəticələrdən iki gün sonra Kataloniya parlamenti iclas keçirərək müstəqilliyi elan etməlidir.