backend

Xarici vətəndaşlar Şamaxı dağlarında yardım gözləyirlər — YENİLƏNİB

Xarici vətəndaşlar Şamaxı dağlarında yardım gözləyirlər — YENİLƏNİB













FHN Şamaxıda dağda köməksiz qalan şəxslərlə bağlı məlumat yayıb.

AZTB.info nazirliyin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Dövlət Dəniz Administrasiyasından daxil olmuş məlumata əsasən, Şamaxı rayonunun Pirbəyli kəndi yaxınlığında xarici vətəndaşların olduğu 2 ədəd "Nissan" markalı avtomobil çətin keçilən dağlıq ərazidə köməksiz vəziyyətdə qalıb.
Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının müvafiq qüvvə və texnikası əraziyə cəlb olunub. Əlavə məlumat veriləcək.
***

Bu gün 06:48 radələrində ABŞ-ın 911 çağrı mərkəzindən Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının (ARDDA) Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzinə Şamaxı rayonunda dağlıq ərazidə bir gümüşü və bir qara rəngli "Nissan Patrol" markalı avtomobildə qalan xarici vətəndaşların köməyə ehtiyacı olması barədə məlumat daxil olub.

ARDDA-nın Mətbuat Xidmətindən "Ölkə.Az"a verilən məlumata görə, yardıma ehtiyacı olan şəxslər və onların yerləşdiyi ərazinin koordinatları dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 zəng mərkəzinə ötürülüb.

Hal-hazırda mümkün vasitələrlə axtarış-xilasetmə əməliyyatları həyata keçirilməkdədir.