backend

Dövlət televiziyasında yoxlamalar başladı - 15 milyon hara xərclənib?

Dövlət televiziyasında yoxlamalar başladı - 15 milyon hara xərclənib?















Azərbaycan Televiziya və Radio Verilişləri (AzTV) Qapalı Səhmdar Cəmiyyətində yoxlamalar başlayıb.
İstiqlal.az xəbər verir ki, yoxlamanı xüsusi audit qrupu aparır. Məlumatda bildirilir ki, yoxlamanın səbəbi AzTV-nin rəhbəri Arif Alışanovun şübhəli maliyyə əməliyyatları aparması ilə bağlıdır. İddialara görə, dövlət büdcəsindən AzTV-yə ayrılan 15 milyon manatın təyinatı üzrə xərclənmədiyinə dair şübhələr var. Məlumatda deyilir ki, yoxlama nəticəsində mümkündür ki, ortaya daha böyük məbləğlər çıxsın.
İddia olunur ki, ümumiyyətlə artıq ilkin nəticələr Arif Alışanov faktiki olaraq etimadını itirib. Güman edilir ki, yaxın vaxtlarda AzTV-də də ATV kanalında olunduğu kimi yenilənmə baş verə bilər.
Məlumatda o da qeyd olunur ki, Arif Alışanova məxsus avtomobilin cərimə meydançasına aparılması da təsadüfi deyil. Yada salaq ki, AzTV rəhbərinin maşını 7200 manat cəriməsi olduğuna cərimə meydançasına aparılmışdı. Bu məsələ sosial şəbəkələrdə də müzakirə mövzusuna çevrilmişdi. Müzakirələrdə isə əsas diqqət cərimənin məbləğinə yönəlmişdi.