backend

Ukraynada separatçılar tankla hücuma keçdi - VİDEO

Ukraynada separatçılar tankla hücuma keçdi - VİDEO























Ukrayna ordusun Donbass-da 2000 hərbi qulluqçusunun öldürüldüyü bildirilir.

Ötən gün axşamdan başlayaraq separatçılar yenidən Donetsk aeroportunu ələ keçirməyə cəhd ediblər.

qaynarxett.az ANS PRESS-ə istinadən xəbər verir ki, Unian agentliyi verdiyi məlumata görə, separatçılar aeroporta tank hücumu təşkil ediblər.

Aeroporta doğru 5 tank hərəkət edib. İki tank isə arxada qalaraq aeroportu atəşə tutub. Ukrayna ordusunun separatçıların bütün hücumlarını dəf etdiyi deyilir. Tanklar geri çəkilməyə məcbur olub.

Bu barədə ukraynalı jurnalist Oksana Kovalenko Facebook səhifəsində yazıb. Qeyd edək ki, Ukraynanın şərqində antiteror əməliyyatları başlayandan Ukrayna ordusun Donbass-da 2000 hərbi qulluqçusunun öldürüldüyü bildirilir.